Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:45

Ermənistan ordusunda 5 korpusdan 3-nün rəhbəri dəyişdi


Ermənistan Müdafiə nazirliyi
Ermənistan Müdafiə nazirliyi

Aprel müharibəsindən sonra orduda kadr yerdəyişmələri səngimir

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin 5 hərbi korpusundan üçünün komandirini dəyişib.

3-cü korpusun yeni komandiri Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuria Xacaturovun oğlu polkovnik Qriqori Xacaturov təyin edilib. Bu barədə AzadlıqRadiosu-nun erməni xidmətinə Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçpun Ovannisyan məlumat verib.

Prezidentin rəsmi saytında yerləşdirilən əmrdə deyilir ki, 3-cü korpusun rəhbəri Onik Qasparyan tutduğu vəzifədən azad olunsun və Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilsin.

Serj Sarkisyanın digər əmri ilə polkovniklər David ManukyanValerik Kocaryan ikinci və dördüncü korpusun komandiri təyin ediliblər. Dördüncü korpusun keçmiş komandiri general-mayor Andrannik Markaryan erməni-rus birləşmiş hərbi qruplaşmanın komandiri vəzifəsinə gətirilib. İkinci korpusunun keçmiş komandiri general-mayor Poqos Poqosyan Ermənistan Silahlı Qüvvələrin idarə rəhbəri təyin edilib.

Həbs olunan da var, yüksək vəzifəyə aparılan da

Belə demək mümkündürsə, aprel müharibəsindən sonra Ermənistanın Silahlı Qüvvələrinin yüksək rəhbər postlarında kadr dəyişikliyi davam edir. Aprelin sonunda müdafiə nazirinin müavini, texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyan, Silahlı Qüvvələrin kəşfiyyat idarəsinin rəhbəri Arşak Karapetyan texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyan və Silahlı Qüvvələrin ordu əlaqələri rəisi, general-mayor Komitac Muradyan vəzifələrindən azad edilmişdilər.

Təxminən bir ay sonra Silahlı Qüvvələr idarəsinin rəisi Melsik Cilinqaryan işini itirməli olmuşdu. O, vəzifəsini itirəndən sonra saxlanmış, həbs edilmiş, ancaq dəmir barmaqlar arasında bir neçə gün keçirmişdi.

Mayın sonunda texnik təchizat departamentinin rəhbəri Alik Mirzabekyanı Silahlı Qüvvələrin keçmiş rəis müavini, Dağlıq Qarabağ ordusunun keçmiş komandiri Movses Akopyan əvəzləyib.

İyunun 17-də Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinə rəhbərlik Vaqinak Sarkisyana tapşırılıb.

Prezidentin bir neçə yüksək vəzifəli hərbi məmurunu işdən uzaqlaşdırmasını şərh edən, ölkə parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyasının üzvü Koryuna Naapetyan deyir ki, Ermənistan hərbisinin yüksək vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən yanlışlıqlara yol veriblər.

İstefa səbəbləri göstərilmir

Yüksək vəzifəli şəxslərin istefaya göndərilmə səbəbləri göstərilməyib. Aprel döyüşləri zamanı və sonra da nə prezident Sarkisyan, nə də ölkə rəhbərliyi ordunun fəaliyyəti ilə bağlı hər hansı tənqid səsləndirib. Əksinə, aprel döyüşləri zamanı dönə-dönə vurğulanmışdı ki, ordu qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən də AzadlıqRadiosu-na bildirmişdilər ki, respublika prezidentinin qərarını şərh etmirlər.

Koryun Naapetyan deyib ki, yeni istefaya göndərmələr ola bilər. Onun sözlərinə görə, konkret situasiyaların müzakirə olunması lazımdır və o zaman bəlli olacaq ki, kim öz vəzifələrini yerinə yetirib, kim yox: «Əgər kimsə öz vəzifəsini yerinə yetirməyibsə, o zaman ölçülər götürülməlidir», deputat AzadlıqRadiosuna müsahibəsində vurğulayıb.

Naapetyan deyib ki, Azərbaycanla Ermənistan arasında baş verən dördgünlük aprel döyüşləri ölkənin milli təhlükəsizlik sistemində problemlər olduğunu üzə çıxarıb.

Bu istefalar kifayətdirmi? Naapetyan bu suala cavabı belə olub: «Təbii ki, yox. Fikrimcə, biz bütün istiqamətlər üzrə nəticə çıxarmalıyıq. Burda söhbət təkcə hərbi istiqamətdən, parlamentdən, diplomatik, siyasi istiqamətlərdən gedir», sağçı Respublika Partiyasının təmsilçisi deyib.

XS
SM
MD
LG