Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:08

«Paşa Holdinq» bir az da böyüdü


Akademik Arif Paşayev
Akademik Arif Paşayev

«Markets Real Estates» şirkəti «Komfort İnşaat-F» MMC-nin ona qoşulduğunu elan edib. Bunu bildirən «Vergilər» qəzeti birləşmənin təfərrüatlarını açıqlamır.

Məlumatda deyilir ki, qoşulma səbəbindən «Markets Real Estates» MMC yenidən təşkil olunur və «Komfort İnşaat-F» MMC ləğv edilir. Şirkətlərin hər ikisi birbaşa və ya dolayısıyla «Paşa Holdinq» qrupuna bağlıdır.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Şirkəti qurarkən, nizamnamə kapitalı 10 manat olub...

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinə əsasən, hər iki şirkətə Vüqar Rəhmətov rəhbərlik edir. O, «Paşa Holdinq» MMC-yə daxil olan çoxsaylı şirkətləri («Absheron Hotel Group», «Abşeron Otel», «Baku Boulevard Hotel Company», «Shahdag hotel Company», «Yeni Şamaxı Hotel Company» «Yeni Dinamo Oteli» «Yeni Naftalan Hotel Company», «Azərbaycan Supermarket» və s.) də yönəldən birinci şəxsdir.

Arxivdən: Paşa Holdinq haqda bilmədikləriniz -

AzadlıqRadiosu-nun araşdırması gedişində məlum olub ki, 2014-cü ilin martında - «Komfort İnşaat-F» MMC yaradılarkən, onun bank hesabında adı ictimaiyyətə bəlli olmayan təsisçinin nizamnamə kapitalına 10 manat yatırım vardı. İndi - birləşməyə getdiyi an, onun sərmayəsi 350 min manata yüksəlib. Bakı şəhəri, 20 Yanvar dairəsi civarında yerləşən şirkətin yarandığı dövrdən nə işlə məşğul olduğuna dair məlumat yoxdur. Şirkət qurularkən, onun direktoru Hadi Miryusif oğlu Məmmədov olub.

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

Əvvəlcə başqa adı vardı - «Amburan Montessori» MMC

«Markets Real Estates» MMC isə təsis olunmasının ilk ildönümünü sentyabrda qeyd edəcək. Bilgəhdə, Amburan çimərliyi ərazisində yaradılan bu şirkət əvvəlcə başqa ad – «Amburan Montessori» MMC adını daşıyırdı. Şirkətin adı dəyişdirilərkən, ictimaiyyəti məlumatlandırmaq yada düşməmişdi. O səbəbdən addəyişmə əməliyyatının nə zaman baş verdiyi məlum deyil. Amma dövlət reyestrindən görünür ki, son bir ildə şirkətin kapitalı 10 dəfə artıb və 10 min manata çatdırılıb.

Buna da bax:

Əliyevlərin Londonda üç imarəti
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

XS
SM
MD
LG