Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:06

Azərbaycan kəndlərini niyə su basır? [rəylər]


Azərbaycanın Cənub bölgələri sel, subasmadan sonra
Azərbaycanın Cənub bölgələri sel, subasmadan sonra

Hökumət tədbir gördüyünü deyir, amma mütəxəssis görülən işin yetərli olmadığını...

“Çay dərələri, yataqlar, suötürücülər vaxtında təmizlənsəydi...”

Son günlər Azərbaycanda havaların yağmurlu keçməsi ucbatından cənub bölgəsində bir neçə kəndin bəzi hissələrini su basıb. Masallının Əminli kəndinin sakinləri rəsmi qurumların onlara yardım əlini uzatmamasından gileylənirlər. Olub-bitənlər təbii bir suala cavab tələbatı doğurur: Vətəndaşlara və təsərrüfatlara daha az ziyan dəysin deyə, belə hadisələrdən necə sığortalanmaq olar?

Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu direktorunun müavini, Akademiyanın müxbir üzvü Elbrus Əlizadə AzadlıqRadiosu-na deyir ki, hökumətə əvvəlcədən bu yöndə xəbərdarlıq edilir, proqnozlar verilir:

Buna da bax:​ Masallı kəndlərini su basıb

Elbrus Əlizadə
Elbrus Əlizadə

“Təkcə biz xəbərdarlıq etmirik ki...”

“Təkcə biz xəbərdarlıq etmirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Xidməti də edir. Rütubətli, yağmurlu hava kütləsi ölkə ərazisinə daxil olunca, məlumat verilir ki, dağ çaylarında daşqına çevriləcək gur sululuq gözlənilir. Proqnoz həmişə verilir”.

Onun sözlərinə görə, ardınca artıq hökumət tədbir görməlidir: “Söhbət hidrotexniki tədbirlərdən gedir. Yəni çay dərələri təmizlənməli, bəndlər möhkəmləndirilməli, istinad divarları çəkilməli və ya təzələnməlidir... Bu tədbirlər görüldükdə su buraxma qabiliyyəti artır və daşqının vurduğu zərər də az olur. Məsələn, Lənkəran zonasında və ya Göyçayda daşqınların əsas səbəblərindən biri çay yataqlarının əvvəlki gətirmələrlə dolu olması və çayların su buraxma qabiliyyətinin azalmasıdır. Lənkəran zonasında kiçik çaylar var, suötürücü kanallar var, onlar vaxtında təmizlənsəydi, suötürücülük qabiliyyəti artardı. Dəyən zərər də indiki qədər olmazdı”.

Elbrus Əlizadə: 'Onlar vaxtında təmizlənsəydi, suötürücülük qabiliyyəti artardı. Dəyən zərər də indiki qədər olmazdı'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

“Əvvəlcədən iş görülsəydi, kəndlər o vəziyyətə düşməzdi”

Alim bu işləri, əsasən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, qismən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin görməli olduğunu vurğulayır. Ancaq o görülən işlərin yetərsizliyinə diqqət çəkir: “Biz, elmi qurum kimi, sözümüzü deyirik ki, belə bir qorxu, təhlükə var, iş görülməlidir. Amma əvvəlcədən yetərincə iş görülsəydi, Lənkəran zonasında kəndlər o vəziyyətə düşməzdi”.

Buna da bax:​ Goranboyda kəndləri su basıb

Hökumət qurumları: “Yağış suyu Allah və təbiət tərəfindən olan məsələdir”

“Hər bir tədbir görülüb. Hər şey qaydasındadır, elə bir problem yoxdur”, - Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov tənqidlərə cavab olaraq belə deyir.

Cahan Məmmədov: 'Hər bir tədbir görülüb. Hər şey qaydasındadır, elə bir problem yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

O, cənub bölgəsində bəzi kəndlərin bir hissəsinin su altında qalması təhlükəsinə də toxunub: “Bizə aid olan məsələlərlə bağlı bütün tədbirlər görülüb. Narahatlığa səbəb yoxdur. Yəni sahilbərkitmə işlərinə baxırıq, onunla bağlı təbirlər görülüb. Həmin kəndlərdə də yağış yağıb. Yağış suyu da Allah tərəfindən, təbiət tərəfindən olan məsələdir. Bütün dünyada belə olur, yağış çox yağanda, problem yaranır. Ancaq buna baxmayaraq problem yoxdur”.

Ümumiyyətlə, tək Meliorasiya və Su Təsərrüfatının rəsmisi yox, elə Fövqəladə Hallar Nazirliyi də təbii fəlakətdən sığortalanmağın mümkünsüzlüyünü qeyd edir: “Gedib əvvəlcədən həyətlərdə çadır qurub suyu ora doldurası deyilik ki... Yağışdır yağır, təbii fəlakətdir...”. Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov belə deyir. O iki gündür Masallı, Cəlilabad rayonlarında yağan yağışlar nəticəsində subasmalar olduğunu və nazirliyin bununla bağlı lazımlı addımlar atdığını da söyləyir:

FHN: 'Gedib əvvəlcədən həyətlərdə çadır qurub suyu ora doldurası deyilik ki...'
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

– Masallının iki kəndində su basmış yerlərdə insanlar təxliyə olunub. Cəlilabadda da həyətlərdən suyu çəkirlər. Əməkdaşlar iki gündür gecəli-gündüzlü işləyirlər.

– Amma Masallının Əminli kəndinin sakinləri deyirlər ki, FHN əməkdaşları gəlib baxıb gedirlər.

– Onu deyən yalan danışır. Əməkdaşlar çalışırlar, axı...

Buna da bax:​ ‘Toyuğu, cücəni, bircə keçimi – hamısını sel apardı’

Anomal hava şəraiti daha bir həftə sürəcək

Proqnozlarsa, hələlik, ürəkaçan deyil. Coğrafıya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bu payız Azərbaycanda hökm sürən anomal hava şəraitinin daha bir həftə sürəcəyini bildirir: “Bu il yağıntıların çox düşdüyü ildir, anomal ildir. Atlantik okeanı tərəfdən gələn rütubətli hava kütləsi şimal-qərbdən daxil olub, ərazidə hakim mövqe tutaraq çıxmır. Ona görə də iki həftədən çoxdur hava kütləsi ölkə ərazisindədir, hələ bir həftə də qalacaq, yağıntı davam edəcək”.

XS
SM
MD
LG