Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:22

ABŞ-ın ATƏT-dəki səfiri Qiyas İbrahimovu azad etməyə çağırır


Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahmov
Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahmov

ABŞ-ın ATƏT-in Daimi Şurasındakı səfiri Daniel Bayer gənc fəal Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum olunmasını pisləyib, Bakını ATƏT və digər beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Oktyabırın 25-də NİDA hərəkatının fəalı Qiyas İbrahimovun qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum olunması ABŞ-ı narahat edir. Bu həbs siyası motivlərlə təqib kimi qəbul edilir. “Amnesty İnternational” təşkilatının bəyanatına görə, Qiyas İbrahimov həbsdə olduğu vaxt ağır ittihamları etiraf etməsi üçün ona işgəncə verilib”, - Bayer bildirib.

“Biz Azərbaycan hökumətini Qiyas İbrahimovu və demokratik cəmiyyətin ayrılmaz hissəsi olan söz və dinc toplaşma azadlığından yararlandıqlarına görə həbs olunan digər şəxsləri azad etməyə çağırırıq”, - Bayer vurğulayıb.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Bakıda Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar. Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib, Bayram Məmmədovun isə məhkəməsi davam edir.

XS
SM
MD
LG