Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:33

Qarşıdakı üç ildə iqtisadi artım 0 ola bilər


Hans Timmer
Hans Timmer

Azərbaycan iqtisadiyyatı ilə bağlı bir bədbin proqnoz da Dünya Bankından (DB-dən) gəlib.

Bankın Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib ki, yaxın 3 ildə Azərbaycanda iqtisadi artım gözlənilmir: “Hazırda Azərbaycanda 3 faizlik iqtisadi geriləmə var. İnflyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də, artım 3 faiz səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı üç ildə artım gözlənilmir”.

DB rəsmisi fikrini onunla əsaslandırıb ki, növbəti 3 ildəki artım, bu ildəki azalma qədər olacaq. Bu isə 0 artım deməkdir.

Hökumətin 2017-2020-ci illər üzrə Ümumi Daxili Məhsulun (ÜDM-in) həcmi və onun real artımı proqnozu belədir:

Xəbərdə qeyd edilməsinə görə, DB təmsilçisi Azərbaycanda rəqabətlilik mühitinin əhəmiyyətli dərəcədə gerilədiyini vurğulayıb.

«Rəqabət qabiliyyətinin artırılmasına ehtiyac var», - deyən H.Timmer belə durumlarda hökumətlərin ehtiyaclı insanları diqqətə almalı olduğunu ifadə edib.

«Qarşıdakı üç ildə ehtiyaclı insanlara sosial yardımlar ayrılmalıdır. Bu yardımlar həmin qrup insanların son illər baş verən proseslərdən az əziyyət çəkməsi üçün edilməlidir».

DB təmsilçisi milli valyutanın durumundan da bəhs edib. «Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir. Ümumiyyətlə, məzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsi doğru deyil. Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyə edirik. Həmçinin, maliyyə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir», - DB təmsilçisi vurğulayıb.

Azərbaycan hökumətinin proqnozu

2017-2020-ci illər üzrə ÜDM-in həcmi və onun real artımı
2017-ci il
2018-ci il
2019-cu il
2020-ci il
ÜDM, mln. manatla
61419,7
63761,6
67685,4
70543,3
- real artım sürəti, faizlə
1,0
1,5
2,8
2,4
Qeyri-neft sektorunda ÜDM, mln. manatla
41677,6
44127,6
46147,4
48592,6
- real artım sürəti, faizlə
2,5
2,6
1,7
2,8

XS
SM
MD
LG