Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Konfederasiya: 'İşsizlik artacaq'


Arxiv fotosu
Arxiv fotosu

“Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin artmasına təkan verəcək”.

Fins.az-ın xəbərinə görə, bunu deputat, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev deyib.

Buna da bax:​ 'Avropadakı qiymətlərdən danışırlar, maaşlardan yox'

Noyabrın 30-u parlamentdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən deputatın sözlərinə görə, artıq bununla bağlı iş adamları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər.

“Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildirdi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?”– deyə, S. Mehbalıyev vurğulayıb.

Buna da bax:​ 'Özəlləşdirmə işsizlik yaradacaq'

Özəlləşdirilməyə çıxarılan xəstəxana və digər müəssisələrdən danışarkən S. Mehbalıyev bildirib ki, ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır.

“Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq kifayət qədər istifadəsiz müəssisələr var, qoy onlar ilk öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”- deyə, deputat bildirib.

Buna da bax:​ İşsiz gənclər artır

Noyabrın 30-u Tarif Şurası enerji daşıyıcılarının və bəzi dərmanların qiymətini artırıb. Həmin qərara görə, illik istehlak həcmi 1500 kubmetrdən çox olan istehlakçılar iki qat qaz pulu ödəyəcəklər. Aylıq istehlak həcmi 250 kilovat/saatdan çox olan şəxslər isə elektrikə görə əvvəlki həddin yarısından da çox əlavə pul ödəməlidirlər.

XS
SM
MD
LG