Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:27

'Döyüşkən ritorikası olsa da, İlham Əliyev rasional dövlət xadimidir'


Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosian
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosian

Ermənistan müdafiə naziri Vigen Sarkisian-ın fikrincə, «Ölkənin ona sırınan hərbi avantüralara hazır olması gərəkdiyi vaxtda pasifizm heç də ən yaxşı tərəfdaş deyil»

Levon Ter-Petrosian-ın çıxışı dartışmalara yol açıb

Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian ölkənin ilk prezidentinin mövqeyinə etiraz edərək, «Azərbaycanın özü əraziləri qaytarmalıdır» deyib. XİN rəsmisi «Armenpress» agentliyinə açıqlamasında mərhələli həllin təkvariantlığında israr edərək həll yolunu belə göstərib: «Azərbaycan Dağlıq Qarabağ Respublikasını tanıyır, hələlik, onun işğalı altındakı əraziləri Dağlıq Qarabağ Respublikasına qaytarır və Azərbaycanla Dağlıq Qarabağ arasında dövlət sərhədinin delimitasiyasına dair danışıqlara başlamaq təşəbbüsü ilə Dağlıq Qarabağ Respublikasına üz tutur».

Buna da bax:​ Sarkisian: "Rusiya ordusu Ermənistanın müdafiəsinə qoşulacaq"

Shavarsh Kocharian onu da bildirib ki, bu ilin aprelində Dağlıq Qarabağa qarşı təkrar təcavüz cəhdindən sonra hər kəsə aydın oldu ki, Azərbaycan münaqişənin paket həllindən imtina edirsə, deməli, təkcə birmərhələli həll variantı mövcuddur, o da bu variantdır.

“Heç nəyi güzəştə getməyən hər şeyi itirər”

Bu arada, Levon Ter-Petrosian bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar masasında ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağın statusunun mərhələli həll variantı var: «Bir hissəni güzəştə gedən, qalan hissəni saxlaya bilər. Heç nəyi güzəştə getməyən, hər şeyi itirər», - müxalif «Erməni Milli Konqresi»nin lideri belə deyib.

Buna da bax: Ermənistan mediası: "oyuncaq nazir"

Hakim Ermənistan Respublikaçılar Partiyası sədrinin müavini Armen Ashotian Levon Ter-Petrosian-ın çıxış üçün doğru vaxt seçmədiyini söyləyib:

«Aprel müharibəsindən sonra, danışıqların başlanmasına dair... diplomatik prosesin getdiyi bir vaxtda... bu, uyğundurmu?! Toydan öncə nəvəyə ad seçməyin yeri və vaxtıdırmı?!».

«Rəsmi Yerevan danışıqlara bu mövqeyləmi qayıtmalıdır? Sənin radikal sayılan müxalifətin geosiyasi baxımdan hakimiyyətdən daha çevik və "barışcıl" mövqedən çıxış etməyə çalışır. Bunun vaxtı idimi və ölkə elitası geosiyasi baxımdan belə mövqe tutmalıdırmı ki, Ermənistan güclü mövqedə ola-ola, Qarabağda sülhdən danışsın?!» - prezident Serzh Sarkisian-ın partiyasının nümayəndəsinin sözləridir.

Buna da bax:​ Ermənistan hakimiyyətindəki 'qarabağlı'lar

«Onun reklam olunmasına yardım etmək istəmirəm».

Jurnalistin Kazanda ərazilərin güzəştə gedilməsinə dair sənədi imzalamağa Serzh Sarkisian-ın özünün də hazır olduğunu deməsi barədə qeydinə Ashotian belə cavab verib: «Daha bu çıxış barədə danışmaq istəmirəm. Mən bu halda bizim siyasi gündəmimizdə onun reklam olunmasına yardım etmək istəmirəm».

«Güclü müdafiə sistemi olmadan, sülh mümkün deyil. Mümkün müharibə təhlükəsinə qorxu, yaxud utancla yanaşmaq olmaz», - deyə, Ermənistan müdafiə naziri Vigen Sarkisian antik yunan müdriki Perikles-dən (Azərbaycanda Perikl kimi tanınır – red.) sitat gətirərək Ter-Petrosian-ın çağırışına etirazını bildirib.

Buna da bax: Erməni partiya sədri: 'Azərbaycanın Ermənistana ərazi iddiası var' [video]

«Pasifizm heç də ən yaxşı tərəfdaş deyil».

Levon Ter-Petrosian deyibmiş ki, döyüşkən ritorikası olsa da, İlham Əliyev rasional düşünən dövlət xadimidir və o, öz xalqı üçün son dərəcə zəruri sülhə nail olmaq yolunda uyğun addımları atmağa qadirdir. Vigen Sarkisian ilk prezidentin həmin sözlərinə də reaksiya verib:

«Qonşu ölkənin rəhbərinə verilmiş qiymət məni çox təəccübləndirir. [Bu adam] nə az, nə çox, bütün dünya ermənilərini Azərbaycanın bir nömrəli düşməni, Yerevanı isə tarixi Azərbaycan torpağı sayır. Və bu fonda onu praqmatik, adekvat dövlət xadimi kimi dəyərləndirmək, məncə, müəyyən mənada reallıqdan uzaqlaşmaqdır».

Buna da bax:​ Ter-Petrosian təzədən hakimiyyətə gələrsə...

Ermənistan müdafiə naziri fikrini belə yekunlaşdırıb: «Ölkənin ona sırınan hərbi avantüralara hazır olması gərəkdiyi vaxtda pasifizm heç də ən yaxşı tərəfdaş deyil».

XS
SM
MD
LG