Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:21

Putinin "dünyaya meydan oxuyan" çıxışından 10 il ötür


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinin 2017-ci ildə Münhen təhlükəsizlik konfransındakı çıxışından düz 10 il ötür.

Putin həmin çıxışında təkqütblü dünya siyasətindən, NATO-nun Rusiyaya qarşı “hücuma keçməsindən” və Rusiyanın dünyada dəyişən rolundan danışmışdı.

Putin onda ABŞ-ın xarici siyasətini tənqid eləmiş, demişdi ki, Vaşinqton bütün sahələrdə özünün milli sərhədlərini çoxdan keçib və başqa ölkələrin maraqlarını nəzərə almadan, yalnız ABŞ üçün sərfəli qayda yaradır.

Vladimir Putin, 10 fevral,2007
Vladimir Putin, 10 fevral,2007

Analitiklər məhz həmin çıxışdan sonra dünyada yeni “soyuq müharibə” dövründən danışmağa başladılar.

Amerikalı senator Lindsi Qrem həmin vaxt belə demişdi: “O bir çıxışı ilə ABŞ və Avropanın birləşməsi üçün, bizim 10 illikdə elədiyimizdən çox elədi”.

10 ildə baş verənlər.

Doğurdan da bu 10 il ərzində Rusiyanın dünyada siyasəti və rolunun radikal şəkildə dəyişdiyini görmək olar.

Analitiklər deyir ki, doğurdan da Putinin bu çıxışından sonra dünyada çox şeylər baş verdi, çoxlu dəyişikliklər oldu.

Buna misal kimi məsələn Rusiyanın qonşuları ilə münasibətlərini-2008-ci ildə Gürcüstanla Rusiya arasındakı qısa müharibəni, Rusiyanın Krımı ilhaq eləməsi,Ukraynanın şərqindəki müharibəni və bundan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaları, Yaxın Şərq və Şimali Afrika ölkələrindəki inqilablar və silahlı münaqişləri, Avropada miqrant problemini göstərmək olar.

“Corctaun” universitetinin Avrasiya,Rusiya və Şərqi Avropa üzrə tədqiqat mərkəzinin rəhbəri Anjela Stent hələ bundan bir əvvəl yazırdı ki, 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi, Moskvanın keçmiş Sovet respublikaları üzərində nəzarəti bərpa etmək, Qərbə yaxınlaşmaq istəyən qonşularına qarşı güc tətbiq etməkdə qərarlı olduğunu göstərdi.

NATO Şərqə doğru genişlənməkdə davam elədi.

Şərqi avropada hava hücumlarından müdafiə kompleksləri qurmaq planını elan elədi və hazırda Polşa, Rumınya,Bolqarıstan və Baltik ölkələrində kiçikhərbi hissələri var.

Qeyd edək ki, NATO-nun şimal cinahında qurulmuş 6 nəzarət mərkəz artıq sentyabrın 1-dən istifadəyə verilib. Bunu təşkilatın baş katibi Jens Stoltenberg bəyan elədi.

Jens Stoltenberg
Jens Stoltenberg

Bu hərbi mərkəzlər Bolqarıstan, Estoniya, Latviya, Litva, Polşa və Rumınyada açılıb və hər birində 40 nəfərlik heyət olmalıdır.

Alyans bildirir ki, məqsəd Rusiyadan gələn mümkün yeni təhlükələrə reaksiya verməkdir.

Alyans ,Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişədən sonra müttəfiqlərini sakitləşdirmək üçün Şərqi Avropada rolunu artırmaq qərarına gəlib.

Rusiya isə buna cavab olaraq Polşa və Litva arasında yerləşən Kalininqradda nüvə qabiliyyətli “İskander” raketləri və “Bastion” gəmivuran raketlər yerləşdirib.

Həmçin Moskva bu yaxınlarda Ukraynadan ilhaq elədiyi Krımda “İskander” raketləri yerləşdirib, yarmadadakı hərbi hissələri yeniləyib, təkmilləşdirib.

Krımda S-400 raketləri
Krımda S-400 raketləri

"Ərəb baharı"

Bundan başqa bu müddət ərzində Yaxın Şərq və Şimali Afrika ölkələrində çevrilişlər baş verdi.

Liviyada Kaddafi, Misirdə Hüsni Mübarək,Tunisdə Zeynəlabidin Bin Əli hökumətləri devrildi.

Suriya münaqişəsi isə bunun kluminasiya nöqtəsi oldu, ölkədə vətəndaş müharibəsi başladı və hazırda bu ölkədə “İslam dövləti” qrupu və digər silahlı birləşmələrlə qarşı mübarizə gedir.

“Corctaun” universitetinin Avrasiya,Rusiya və Şərqi Avropa üzrə tədqiqat mərkəzinin rəhbəri Anjela Stent hesab edir ki, Rusiyanın Suriyaya qoşun yeritməkdə məqsədi, Assaddan sonrakı hökumətə nəzarətə təminat yaratmaqdır.

Rusiya hərbçiləri Suriyada
Rusiya hərbçiləri Suriyada

O deyir ki, Moskva Suriyada hərbi güc tətbiq eləməklə digər regional oyunçulara siqnal verir ki, Rusiya Suriya hökumətini müdafiə edəcək, ABŞ-dan fərqli olaraq müttəfiqlərini (məsələn Misirdə olduğu kimi) qoyum çəkilmək fikrində deyil.

Moskvadakı siyasi informasiya mərkəzinin direktoru Aleksey Muxin isə hesab edir ki, Putinin Münhen konfransındakı çıxışı Rusiyanın xarici siyasətində Yeltin erasına son qoyulduğundan xəbər verdi.

Muxin RT kanalına deyib ki, bu çıxış Qərbə göstərdi ki, Rusiya bir daha “soyuq müharibə”də uduzmuş ölkə roluyla barışmaq fikrində deyil və dünya arenasında inamlı mövqeini qaytarmağa hazırlaşır.

Alexey Mukhin
Alexey Mukhin

Muxin hesab edir ki, Putinin həmin vaxt avropalı və amerikalı siyasətçilər, dövlət xadimlərinə müraciəti Rusiya siyasətinin suverenləşməsi prosesini başladı.

Xatırladaq ki, Vladimir Putin həmin çıxışında demişdi ki, müasir dünyada birqütblü model nəyin ki, qəbuledilməz, ümumiyyətlə mümkün deyil.

XS
SM
MD
LG