Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:38

'Kimin xoşu gəlmir, Azərbaycanın sərin suları çoxdur...'


Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov
Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov

“Prezident bilir. Prezidentin əlinin altında Xalq Cümhuriyyəti ilə bağlı bütün sənədlər var. Onu da deyim ki, Tarix İnstitutu ilə bağlı, 1918-20-ci illərlə bağlı çox geniş, hərtərəfli tədqiqat işləri aparılıb. Cümhuriyyəti yaradanlar, indi müxalifətçilərin mədhiyyə söylədiyi bəzi şəxslərin İrəvanın ermənilərə güzəştə getməsi ilə bağlı imzaları var. Güman edirəm ki, həmin imzalar, həmin sənədlər ortaya çıxsa, bu, müxalifətin xoşuna gəlməyəcək. Çünki təriflədikləri, göylərə qaldırdıqları həmin şəxslərin bir sıra sənədlərdə imzaları var”.

Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sənəddə yubileyin dövlət səviyyəsində qeyd olunması, tədbirlər hazırlanması tapşırılır. Ancaq sərəncam sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Buna səbəb sənəddə AXC qurucularının adlarının çəkilməməsidir.

Buna da bax:​ Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

'Həmin imzalar ortaya çıxsa, bu, müxalifətin xoşuna gəlməyəcək...'

Məsələn, Alya Yaqublu yazır: “İlham Əliyev ADR-in 100 illiyilə bağlı sərəncam verib. O dövrdə görülmüş işləri sadalayıb və tərifləyib. Amma o işləri görənlərin adlarını çəkməyib, ora yazdırmayıb ki, Rəsulzadə və komandası bacarıb bunları. Faktı gizlədəndə Tarix dəyişirmi, əcəba? O vaxt Heydər Əliyev hələ doğulmamışdı və ADR-i o yox, başqaları qura bildi deyən də olmayacaqsa, hər kəsə bəlli həqiqəti dilə gətirməmək hansı baxış bucağından cəlbedici görünüb, anlamıram”.

Buna da bax: «Çox yaşa, Hacı!»

Cəbi Bəhramov: "Onu yazanlar çox savadsız, kəmsavad, elmdən, tarixdən xəbəri olmayanlardır..."
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00
Direct-ə keçid

Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov AzadlıqRadiosu-nun bununla bağlı suallarını cavablandırıb. O əvvəlcə sərəncamın və AXC-nin önəmindən danışıb:

“Onu yazanlar çox savadsız, kəmsavad, elmdən, tarixdən xəbəri olmayanlardır”.

– Bir ildən sonra biz Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bu, bizim tariximizin qızıl səhifəsidir. XX əsrin əvvəlində torpaqlarımızın bir hissəsində, şimal ərazisində öz dövlətçiliyimizi bərpa etdik. Çox vaxt “elan etdik” yazırlar, bu, doğru deyil, biz dövlətçiliyimizi bərpa etdik. Avrasiyada ən qədim dövlət, dövlətçilik ənənəsini yaşadan bir xalq varsa, o da Azərbaycan xalqıdır. Bu nöqteyi-nəzərdən, bizim bayram keçirməyə, 100 illik yubiley münasibətilə tədbirlər keçirməyə haqqımız var. Ona görə prezidentin bu sərəncamı çox yerində, vaxtında imzalanan sənəddir. Bunun siyasi, mənəvi əhəmiyyəti var. Bizim xalqımızın öz taleyinin, təbii sərvətlərinin sahibi olduğu bir vaxtda, ABŞ-ın, Rusiyanın, Fransanın erməni təcavüzünə göz yumduğu, ona kömək etdiyi halda, Azərbaycan xalqı öz dövlətçilik ənənələrini qurub, bərpa edib, yaşadır. Bu baxımdan yerində verilmiş, qiymətli dövlət sənədidir.

Buna da bax:​ 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

– Cəbi müəllim, mətbuatda, sosial şəbəkələrdə bu sərəncamla bağlı bir məqama xüsusi diqqət çəkilib, sənəddə AXC qurucularının adları qeyd edilməyib. Bunu “ədalətsizlik”, “siyasi qısqanclıq”, “tarixin bir növ təhrifi” kimi dəyərləndirənlər də çoxdur. Tarixçi kimi siz bu haqda nə düşünürsünüz?

"SSRİ uçuruma yuvarlananda Azərbaycanda hakimiyyətdə olan o kütbeyinlər, 1991-ci ildə, 1992-ci ildə, 1993-cü ilin iyununa kimi oturan kütbeyinlər anlamırdılar ki, bu xalqın çox qədim, zəngin tarixi var..."

– Onu yazanlar çox savadsız, kəmsavad, elmdən, tarixdən xəbəri olmayanlardır. Prezident bilir. Prezidentin əlinin altında Xalq Cümhuriyyəti ilə bağlı bütün sənədlər var. Onu da deyim ki, Tarix İnstitutu ilə bağlı, 1918-20-ci illərlə bağlı çox geniş, hərtərəfli tədqiqat işləri aparılıb. Cümhuriyyəti yaradanlar, indi müxalifətçilərin mədhiyyə söylədiyi bəzi şəxslərin İrəvanın ermənilərə güzəştə getməsi ilə bağlı imzaları var. Güman edirəm ki, həmin imzalar, həmin sənədlər ortaya çıxsa, bu, müxalifətin xoşuna gəlməyəcək. Çünki təriflədikləri, göylərə qaldırdıqları həmin şəxslərin bir sıra sənədlərdə imzaları var.

– Amma bu o dövrün reallıqları ilə bağlıydı...

– Buna görə də prezident bütün xalqın istəyini, gələn il dövlətçiliyimizin bərpasının 100 illiyini nəzərə alaraq, heç kimin xətrinə dəymədən, heç kimin adını çəkmədən belə bir sənəd imzalayıb.

Buna da bax:​ Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

– AXC qurucularının adı çəkilməsə də, sərəncamda mərhum prezident Heydər Əliyevin adı çəkilir. Bu gün ölkənin siyasi rəhbərliyi, konkret dövlət başçısı ata Əliyevin ideallaşdırılması, bütləşdirilməsinə, yerdə qalan siyasətçilərin kölgədə qalmasına tənqid edilir. Siz tənqidlərlə razılaşırsınızmı?

– Heydər Əliyevi ideallaşdırmağa ehtiyac yoxdur. O, millətinin fəxridir, şərəfidir. O, yüksək potensiala malik dövlət yaradıb, bunu da xalqına miras qoyub. Millət də onu yaşadır. Heydər Əliyev müstəsna xidməti olan şəxsdir. Kimin xoşu gəlmir, Azərbaycanın sərin suları çoxdur, getsin su içsinlər. Rusların xoşuna gəlmirsə, donuz supu bişirib içsinlər, amerikalıların xoşu gəlmirsə, cəhənnəmə gəlsin, gora gəlsin. Fransızların xoşuna gəlmirsə, əxlaq dərsi öyrənsinlər. Heydər Əliyev dünya xalqlarına dövlət yaratmaq nümunəsi göstərib.

Buna da bax: ‘Kiminsə Yerevanı Ermənistana ‘verməsindən’ söz açmaq savadsızlıqdır’

"Rusların xoşuna gəlmirsə, donuz supu bişirib içsinlər, amerikalıların xoşu gəlmirsə, cəhənnəmə gəlsin, gora gəlsin. Fransızların xoşuna gəlmirsə, əxlaq dərsi öyrənsinlər".

– Necə bilirsiz, indiki Azərbaycan dövləti AXC dəyərlərinə, onun ənənələrinə sadiq qala bildimi? Onun qədər demokratikdirmi?

– Azərbaycan xalqı heç vaxt cümhuriyyəti yaradanları, cümhuriyyət ənənələrini yaddan çıxarmayıb. Azərbaycanın üçrəngli bayrağı həmişə xalqın ürəyində yaşayıb. SSRİ uçuruma yuvarlananda Azərbaycanda hakimiyyətdə olan o kütbeyinlər, 1991-ci ildə, 1992-ci ildə, 1993-cü ilin iyununa kimi oturan kütbeyinlər anlamırdılar ki, bu xalqın çox qədim, zəngin tarixi var, öz ənənələrinə, bayrağına sadiqdir. Ümummilli liderimiz 1992-ci ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində AXC bayrağının zala gətirilməsinə, qərar qəbul edilməsinə nail oldu. O dövlət başçısı seçiləndən sonra bir çox atributlar bərpa olundu. Ənənələr uğurla davam etdirilir. Heç bir problem yoxdur.

XS
SM
MD
LG