Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:00

QHT Koalisiyası hökumətin MSŞT-yə qayıtmasını istəyir


Foto arxiv
Foto arxiv

Mədən Sənayesində şəffaflıq üzrə QHT Koalisiyası Şurasının koordinatoru Qubad İbadoğlu hökuməti beynəlxalq şəffaflıq təşəbbüsünə qayıtmağa və əməkdaşlığı bərpa etməyə dəvət edib.

O, bu gün, iyunun 10-da Bakıda keçirilən mədən sənayesində şəffaflıq üzrə QHT Koalisiyasının ümumi toplantısında bildirib ki, Azərbaycanın MSŞT-dən çıxması dövlətin beynəlxalq imicinə ziddi ziyan vuracaq, ölkəyə xarici investisiya yolunda maneəyə çevriləcək.

Q.İbadoğlu vurğulayıb ki, hakimiyyətin yaratdığı hökumət və QHT (loyallar nəzərdə tutulur- red.) formatı effektiv ola bilməz. Bununla mədən sənayesində şəffaflığı tam təmin etmək mümkün deyil.

“Bu ilin martında Boqotada MSŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında Azərbaycanın üzvlüyü dayandırılıb. O zaman QHT sahəsində vəziyyətin düzəldilməsi ilə bağlı hökumət yetərli tədbirlər görmədiyinə görə Azərbaycanın üzvlüyünün dayandırılması qərara alınıb. Hökumət vətəndaş cəmiyyəti üçün əlverişli hüquqi və faktiki mühitin yaradılması barədə vədini yerinə yetirməyib. Bu, vətəndaş cəmiyyəti qurumlarının sərbəst maliyyələşmə imkanlarına malik olmasını, ümumi müzakirələrə açıqlığı, ədalətsiz və saxta ittihamlarla həbs edilən məhbusların azad olunmasını əhatə edir”.

Qubad İbadoglu
Qubad İbadoglu

O, deyib ki, son vaxtlar koalisiya üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Mehman Hüseynov, Əziz Orucov saxta ittihamlarla həbs olunub.

Q.İbadoğlu qeyd edibki, bütün mənfi hallara baxmayaraq, koalisiya öz işini davam etdirib:

“ Hökumətdən fərqli olaraq, vətəndaş cəmiyyəti ölkənin MSŞT-də iştirakında maraqlıdır”, deyə o bildirib.

Koordinator hesabat dövründə koalisiyanın fəaliyyətinə dair sənədi, nizamnaməyə dəyişiklikləri və monitorinq qrupunun hesabatını toplantı iştirakçılarına təqdim edib.

Toplantını ABŞ, Fransa, Norveç, Avropa Birliyinin diplomatik missiyalarının nümayəndələri izləyiblər.

Buna da bax: "QHT-lər 15 min manatadək vəsaiti nağdlaşdıra biləcək"

Xatırlatma

Bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (ingiliscə qısaltması - EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EİTİ-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan qurumdan çıxdığını bəyan edib.

XS
SM
MD
LG