Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Azərbaycanın pulyuyan maşını: Sagerə 2,6 milyon köçürülüb


arxiv
arxiv

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasında Azərbaycandan pul alanlar haqda deyilir ki, 2014-cü ildə Eskart Sagerin Ərəb Əmirliklərindəki bank hesabına Hilux Services şirkətindən 1 milyon 975 min avro köçürülüb. Bu dollar hesabı ilə 2,6 milyondur.

Almaniyada anadan olmuş Sager CNN televiziyasının keçmiş prodüseridir. O, Azərbaycan hökumətinin baxışlarını təbliğ edən məqalələr müəllifidir.

Belə məqalələrdən birində Azərbaycanın pulyuyan maşınından pul almaqda və AŞPA-nın Azərbaycanda insan haqları pozuntuları haqda hesabatını gözdən salmaqda ittiham olunan italiyalı deputat Luca Volonte müdafiə olunur.

Sagerin ətrafında bundan əvvəl də mübahisə var idi. Onun FBC televiziyası BBC üçün Malayziyanın palma yağı sənayesi və bununla bağlıekologiya və insan haqları məsələləri haqda sənədli film çəkmişdi. Ancaq Britaniyanın İndependent qəzeti öyrəndi ki, Malayziya hökuməti FBC televiziyasına 2009-cu ildə “Qlobal Strateji Kampaniyaya görə” 2,6 milyon funt sterlinq veribmiş.

XS
SM
MD
LG