Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:29

Nazim Hikməti, Çe Gevaranı görmüş azərbaycanlı [audio]


Leyla Vəkilli
Leyla Vəkilli

Sabah - dekabrın 9-da Bakıda Atatürk Mərkəzində Vəkilovlar nəslinin təmsilçisi vaxtilə Fransada yaşayan Leyla xanım Vəkillinin anım mərasimi keçiriləcək.

Leyla xanım Vəkilli barədə daha geniş bilgi almaq üçün mərasim öncəsi onun Bakıda yaşayan qohumu vəkil Səməd Vəkilovla söhbətləşdik.

“Leyla xanım ötən ay - noyabrın 26-da Türkiyədə dünyasını dəyişib”.

Bu sözləri AzadlıqRadiosu-nun “İz” proqramına Leyla xanımın Bakıda yaşayan qohumu Səməd Vəkilov söylədi.

Onun sözlərinə görə, ölümündən sonra Leyla xanımı doğma vətənində anmaq qərarına gəliblər:

Buna da bax: «Stalin filmi bəyəndi və ona dalbadal 3 dəfə baxdı...»

“Vikipedia səhifəsi yaradılıb. Sabah (dekabrın 9-da saat 12-də) Atatürk Mərkəzində anım mərasimi keçiriləcək. Bir slayd da hazırlamışıq. Slaydda onun vaxtilə AzadlıqRadiosu-nda gedən səs yazısından da istifadə etmişik”.

Leyla Vəkilli və Səməd Vəkilov
Leyla Vəkilli və Səməd Vəkilov

LEYLA XANIMIN ATASI- HƏSƏNALI SULTAN BƏY VƏKİLLİ

Səməd Vəkilov Leyla xanımla yaxın qohum olduqlarını xatırlatdı:” Hasanalı bizim ulu babamızın adıdır. Onun adını Leyla xanımın atasına qoyublar. Leyla xanımın atası Şərur-Dərələyəzin bəylərindəndir. Çivə kəndində anadan olub. Həsənalı Sultan atamın əmisi oğludur. Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Cümhuriyyət dövründə Tiflisdə məhkəmə dairəsində çalışıb. Elə orda da Mariya adlı gürcü xanımla evlənib. Həsənalı bəy diplomatik vəzifə də daşıyıb. Diplomatik pasportunun surəti durur. Leyla xanım bizə vermişdi həmin sənədi. Bolşevik işğalından sonra Türkiyəyə mühacirət etmək məcburiyyətində qalıb. Ancaq Mariya xanım onunla getməkdən imtina edib. Həsənalı Sultan Türkiyədə krım türklərindən olan Safiyə adlı xanımla evlənib. 1932-ci ildə İstanbuldan Parisə gediblər və Leyla xanım həmin ildə Parisdə doğulub. Bir müddət sonra ailə təzədən İstanbula qayıdıb”.

Buna da bax: «İkinci Rəşid Behbudov bir də olmayacaq»

Leyla Vəkillinin atası Həsənalı Sultan bəy və anası Səfiyə xanım.
Leyla Vəkillinin atası Həsənalı Sultan bəy və anası Səfiyə xanım.

Səməd Vəkilov: "Onun haqqında kitab yazmaq istədiyimi bildirdim. Ancaq Leyla xanım söylədi ki, mən ölüncə yazarsan..."
Gözlə

No media source currently available

0:00 0:08:44 0:00
Direct-ə keçid

DİPLOMSUZ…

Səməd Vəkilov Həsənalı Sultanın həyatında baş verən bir detala da toxundu: “Həsənalı Sultan Vəkilli mühacirətə gedəndə diplomunu özüylə götürməyib. O üzdən hüquq sahəsində çalışa bilməyib. İstanbulda Cümhuriyyətin daxili işlər nazirinin müavini olmuş Şəfi bəy Rüstəmbəyli ilə xalça satan ticarət köşkü yaradıblar. Maraqlıdır ki, Həsənalı Sultanın anası Şirin xanım Səfiyevlərdəndi. Şirin xanım dünya çapında tanınan məşhur türk rəssam İbrahim Səfinin əmisi qızı olub. İstanbulda Həsənalı Sultanın Fətəli Xan Xoyskinin qardaşı İsgəndər xan Xoyski ilə ailəvi dostluqları olub. Leyla xanım hər zaman evlərində cümhuriyyətçilərlə bağlı söhbətlər getdiyini xatırlayırdı”.

Buna da bax: Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu vəfat edib

Leyla Vəkillinin əmiləri İlyas və Qəzənfər Vəkilovlar.
Leyla Vəkillinin əmiləri İlyas və Qəzənfər Vəkilovlar.

PARİS..SORBON UNİVERSİTETİ..JURNALİSTLİK FƏALİYYƏTİ

Səməd bəy Leyla xanımın həyat tarixçəsini belə sıraladı: “Leyla xanım İstanbulda fransız liseyini bitirib, daha sonra Parisə gedib Sorbon universitetində sosiologiya üzrə təhsil alıb. Ali Mətbuat kursu bitirib. Ondan sonra onun jurnalistlik fəaliyyəti başlayıb. Türklərin Parisdə qurduğu Sipa-Press agentliyində çalışıb. Bu xəbər agentliyinin dünyanın 184 ölkəsində bürosu vardı. Özü demiş, “az gəlişmiş”, yəni az inkişaf etmiş ölkələrlə-Nikaraqua, Əlcəzair və s. bağlı ciddi araşdırmalar aparıb. Dəfələrlə həmin ölkələrdə olub, reportajlar hazırlayıb. Savaş müxbiri kimi”.

Buna da bax: Üzeyir Hacıbəyovun sevdiyi qadın və xidmət etdiyi iki hökumət arasında keçən həyatı

ƏLCƏZAİR..ÇE GEVARA İLƏ GÖRÜŞ VƏ DƏHŞƏTLİ QƏZA

Səməd bəy Leyla xanımın 1965-ci ildə Əlcəzairdə Çe Gevara ilə 3 saatlıq görüşdüyünü də bildirir: “Hə, orda Ernesto Çe Gevarayla görüşüb və görüşdən sonra ağır avtomobil qəzasına düşüb…Qəzada iki qolu da sınıb. Onun qollarına dəmir mil qoymuşdular. Əlləri yaxşı işləmirdi”.

LEYLA XANIM-TÜRK KİNO FESTİVALININ QURUCUSU, BAŞ REDAKTOR

Səməd bəy Leyla xanımın Fransa fəaliyyətindən də danışdı: ”Fransada türk kino festivalının qurucusu, Parisdə çıxan DEFİ (“Çağırış”) jurnalının baş redaktoru olub. Həmin jurnalın bir neçə nüsxəsi məndə var. 1996-cı ilədək Parisdə yaşayıb. Sonra Türkiyəyə köçüb. Bodrumun Muğla şəhərinin Türkbükü bölgəsində yerləşib. İki övladı var. Qızı Dəniz və oğlu Çingiz”.

Parisdə çıxan DEFİ (“Çağırış”) jurnalı
Parisdə çıxan DEFİ (“Çağırış”) jurnalı

NAZİM HİKMƏTLƏ GÖRÜŞ: “OTUR OTURDUĞUN YERDƏ!”

Leyla xanım böyük türk şairi Nazim Hikmətlə də görüşüb: “1962-ci ildə Fransada görüşüblər. Nazimin həyat yoldaşı Vera xanım da ordaymış. Leyla xanım və dostlarının SSRİ haqqında təsəvvürləri yox idi. Onlara cazibəli görünürdü bu quruluş. Görüşdə Leyla xanımın rəfiqələrinin biri şairə onlarla SSRİ-yə getmək arzusunda olduğunu bildirib. Leyla xanım xatırlayırmış ki, Nazim Hikmət bu istəkdən çox hirslənib və həmin xanıma deyib: “Otur oturduğun yerdə!”.

Buna da bax: Tarix nə zaman yoxa çıxır?

LEYLA XANIM NECƏ “KƏŞF” EDİLDİ?

Səməd Vəkilov bu məsələyə də aydınlıq gətirdi: “1995-ci ildə dəyərli ziyalımız Ramiz Abutalıbovla görüşüb Fransada və ona telefon nömrəsini verib ki, qohumlarıyla bağlantı qursun. Ramiz müəllim telefon nömrəsini Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun oğlu Cavanşir Vəkilova, o da mənə verdi. O vaxtlar informasiya texnologiyaları zəif inkişaf etmişdi, nə qədər cəhd etdik həmin nömrəylə əlaqə yarada bilmədik. 2011-ci ildə biz yenidən axtarışa başladıq və Leyla xanımı tapdıq. Elə həmin il də Leyla xanım Bakıya qonaq gəldi. Təəssüf ki, mən onunla görüşə bilmədim, çünki İstanbuldaydım. Onun haqqında kitab yazmaq istədiyimi bildirdim. Ancaq Leyla xanım söylədi ki, mən ölüncə yazarsan”.

Leyla xanım Vəkilli: "Mən İstambulda böyüdüm..."
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00
Direct-ə keçid

“BİR ÖMÜR BOYU HƏSRƏT”

Səməd bəy Leyla xanıma şəkillər göndərdiyini və belə cavab aldığını deyir: ”Tədbirdə göstəriləcək slaydda da bu sözləri vermişik. Leyla xanım yazırdı: Sənin göndərdiyin şəkillər 70 illik həsrətə son qoydu…Leyla xanım bir ömür boyu ailə üzvlərinin-əmilərinin, digər qohumlarının həsrətini çəkmişdi…”.

LEYLA XANIM RUSCA BİLİRMİŞ

Buna da bax: 37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Səməd bəy atasının Leyla xanıma rus dilini öyrətdiyini bildirir: ”Həsənalı Sultan qızına rus dilini öyrədibmiş. Maraqlıdır ki, Leyla xanım özü də bir rus dostuna türk dili öyrədirmiş. Bu şəxs özü mənə yazıb bunu”.

YETƏRİNCƏ DƏVƏTLİLƏR OLACAQ

“Sabahkı anım tədbirinə kimlər dəvətlidir” sualına Səməd bəy belə cavab verdi: ”Milli Məclisin deputatları, jurnalist təşkilatları, ziyalılar, bir də qohumlarımız - Vəkilovlar. Yetərincə adam dəvət etmişik və böyük maraq var bu tədbirə”.

XS
SM
MD
LG