Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:46

Rusiya 'Stalinin ölümü' filmini qadağan edir


"Stalinin ölümü" filminin afişası
"Stalinin ölümü" filminin afişası

Rusiyanın Mədəniyyət Nazirliyi Britaniya kinokomediyası “Stalinin ölümü” (The Death Of Stalin) filminin nümayişi üçün verilmiş lisenziyanı ləğv edib.

Nazirlyin kino departamentinin müdir əvəzi Olqa Lyubimova deyib ki, bu qərar yanvarın 23-də, filmin Rusiya kinoteatrlarında nümayişindən əvvəl verilib.

Bu qərardan əvvəl kinorejissor Nikita Mixalkov da daxil tanınmış mühafizəkar fiqurlar filmin qadağan edilməsini istəyirdilər.

Mədəniyyət Nazirliyi hələ sentyabr ayında xəbərdarlıq etmişdi ki, şotland rejisor Armando Ianucci-nin qara komediya janrında çəkdiyi film qadağan oluna bilər. O vaxt nazirlik filmi Qərbin “psixoloji müharibə silahı” adlandırmışdı.

Buna baxmayaraq, filmin prokatına lisenziya verilsə də, onun qadağanı üçün çağırışların artması nəzərə alınaraq komediyanın Rusiya kinoteatrlarında göstərilməsi yasaqlanıb.

TASS agentlıiyi xəbər verir ki, Mədəniyyət Nazirliyinin məşvərətçi “ictimai şurasının” başçısı Yuri Polyakov bu filmdə Rusiya əleyhinə “ideoloji mübarizə” elementləri gördüyünü və onun qadağan olunmasını istədiyini deyib.

Polyakov deyib ki, filmə ilkin qapalı baxışdan sonra bir nəfər də olsun onun tarixi və ya sənət əhəmiyyəti barədə heç nə deməyib.

Kremlin tənqidçiləri deyirlər ki, Rusiya öz keçmişindən heç vaxt qopa, İosif Stalinin hakimiyyəti altında olan Sovet dövlətinin varisliyindən əl çəkə bilməyəcək.

XS
SM
MD
LG