Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

İ.Əliyev: Rus dilinə dəstək siyasəti ‘tamamilə düzgündür’


İlham Əliyev (sağda) rusiyalı həmkarı Vladimir Putin ilə Bakıda görüşür, sentyabr, 2018-ci il
İlham Əliyev (sağda) rusiyalı həmkarı Vladimir Putin ilə Bakıda görüşür, sentyabr, 2018-ci il

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə rus dilinə dəstək siyasətini “tamamilə düzgün” və uğurlu hesab edir.

Rus dilini dəstəkləyən, onun inkişafına daha yaxşı şərait yaratmağı hədəfləyən siyasətimiz tamamilə düzgündür. Bunun müsbət nəticələrini görürük”, – o, dekabrın 24-də Rossiya 24 telekanalına müsahibəsində deyib.

Prezident deyib ki, ölkədə rus dilinə böyük tələbat var və bu tələbat yüksəlir. “Rusca danışmaq bir ehtiyacdır. Digər tərəfdən, bu, tarixi əlaqələrin haqqını verməkdir. Cəmiyyətdə buna böyük tələbat olduğunu görürəm”, – o vurğulayıb.

***Buna da bax: Nazir rus dilinin intensiv tədrisi haqda əmr verib

İlham Əliyevin sözlərinə görə, rus dili Azərbaycanın orta məktəblərinin çoxunda tədris olunur. Üstəlik, Rusiyanın iki aparıcı universitetinin – Lomonosov Dövlət Universitetinin və Sechenov Tibb Akademiyasının Azərbaycanda filialları var.

Bundan başqa, rus dilinə müsbət münasibət sayəsində Azərbaycan rusiyalı turistlər arasında populyardır. “Məncə, bir milyon rusiyalı buraya özünü rahat hiss etdiyi üçün gəlir”, – prezident deyib.

Dövlət başçısının fikrincə, rus dili siyasəti ölkənin rəsmi dili olan azərbaycancaya ziyan vurmur. “Təbii, hər bir vətəndaş öz dövlət dilini bilməlidir. Azərbaycanda bununla bağlı problem yoxdur”, – prezident vurğulayıb.

***Buna da bax: Vahabzadə: 'Məmmədyarov rusca dedi ki, mən Azərbaycan dilində pis danışıram'

Ancaq ölkədə rus dilindən dövlət idarələrində, digər iş yerlərində geniş istifadə olunmasına, bəzi hallarda ruscanın üstün tutulmasına münasibət birmənalı deyil. İş axtaranlar onlardan daha çox rus dili biliyinin tələb olunmasından gileylənirlər. Bundan başqa, bəzi dövlət məmurlarının azərbaycanca səlis danışa bilməməsi də zaman-zaman tənqid olunur.

XS
SM
MD
LG