Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Facebook trollardan arınır


Facebook-un sildiyi trol hesabı
Facebook-un sildiyi trol hesabı

Facebook social şəbəkəsi martın 26-da bildirib ki, Rusiya, İran, Şimali Makedoniya və Kosovoya bağlı 2 min 600 saxta səhifə və hesabı silib. Şirkət bunun digər ölkələrdə ictimai fikirlər manipulyasiya etməyə çalışan trol şəbəkələrinə qarşı kampaniya çərçivəsində gerçəkləşdirildiyini bildirir.

Facebook-un kibertəhlükəsizlik üzrə rəsmisi Nathaniel Gleicher bildirib ki, “Rusiyaya bağlı” 1900-dən artıq səhifə və hesab silinib. Onlarda Ukraynada 31 mart prezident seçkisi öncəsi “Ukrayna xəbərləri və siyasətinə bağlı kontent” olduğu bildirilir.

Həmin kontentə “Ukraynanın şərqində gedən münaqişə, yerli və regional siyasət; Ukrayna vətənpərvərliyi; qaçqın məsələləri; Ukrayna ordusu; Krımda durum; korrupsiya” daxil olub.

Gleicher deyib ki, “adamların manipulyasiyasında xidmətlərimizdən istifadə olunmasıbı istəmirik”.

Nathaniel Gleicher
Nathaniel Gleicher

KONTENT DEYİL, DAVRANIŞA GÖRƏ

“Səhifə və hesabları onların kontentinə deyil, davranışına görə silirik. Hər bir halda, bu fəaliyyətin arxasında duranlar bir-birilə koordinasiya qurub, özlərini yanlış təqdim etməkdən ötrü saxta hesablardan istifadə edib”, - o, sözlərinə əlavə edib.

Facebook Rusiya trol şəbəkəsinə aid səhifə və hesabların maliyyələşdirilməsinə görə kimdən şübhələndiyini açıqlamayıb. Bircə onu bildirib ki, onlar 2016-cı ildə Rusiyanın “trol fabriki” hesab olunan İnternet Araşdırmaları Agentliyinin etdiyindən daha təkmil şəkildə öz kimliklərini gizlədə biliblər.

Ümumilikdə silinmiş rusiyalı trolların 64 fərdi Facebook hesabı olub. Onlar 1757 Facebook qrupuna və Facebook və Instagram-da 86 səhifəyə malik olublar.

Gleicher-in sözlərinə görə, Rusiyaya bağlı qruplara 1,7 milyondan artıq Facebook hesabı qoşulub, Rusiyaya bağlı səhifələri isə 50 minədək hesab izləyib.

Facebook martın 26-da bildirib ki, son vaxtlar sildiyi 513 səhifə və hesab “İrana bağlı çoxsaylı şəbəkələrin bir hissəsi” olub.

“Onlar Misirdə, Hindistanda, İndoneziyada, İsraildə, İtaliyada, Kəşmirdə, Qazaxıstanda, eləcə də Yaxın Şərq və Şimali Afrikada daha böyük ərazilərdə fəaliyyət göstəriblər”, – Gleicher bildirib.

“Onlar cari hadisələrlə bağlı xəbərlər yayıblar, İranın dövlət mediasında gedən informasiyanı genişləndiriblər”, – Gleicher vurğulayıb.

Facebook Balkanlarda 212 səhifə, qrup və hesabı sildiyini deyir. Şimali Makedoniya və Kosovodan qaynaqlanan bu hesabların “koordinasiyalı qeyri-mötəbər davranış” sərgilədiyi bəlli olub.

XS
SM
MD
LG