Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:35

Kremlin sistem müxalifətinin ‘günahı’ – Qərb mediası


Ötən ilin prezident seçkisində qeydiyyata alınmış 8 namizəd, yuxarıdan soldan Prezident Vladimir Putin və Pavel Grudinin
Ötən ilin prezident seçkisində qeydiyyata alınmış 8 namizəd, yuxarıdan soldan Prezident Vladimir Putin və Pavel Grudinin

Seçkilərə Kremlin dəstəklədiyi müxalifət kimi qatılmış sistemdaxili siyasətçilər və partiyalar indi bir həqiqətlə üzləşiblər: sədaqət və qaydalara uyğun oynamaq onları daha hakimiyyətin təzyiqindən qoruya bilmir. Hakim partiyanın reytinqinin düşməsi və etirazçı səslərin həmin namizədlərdən bəzilərinə verilməsi sistemdaxili müxalifətə böhran yaradıb. Öz uğursuzluğunu etiraf etmək əvəzinə Kreml yalnız müxalifət namizədlərinin uğurunu görür və hücuma keçir. Bu haqda “Karnegi” fondunun saytında Andrey Pertsev yazır.

Mərkəzi Seçki Komissiyası Nobel mükafatı almış alim Zhores Alferov-un ölümündən sonra boşalmış yeri onun Kommunist Partiyasından həmkarı, prezidentliyə keçmiş namizəd Pavel Grudinin-ə verməkdən imtina edib, deyib ki, parlament seçkisinə qatılan zaman o, xarici bank hesablarını açıqlamayıb. Elə ki kommunistlərin bu yerin Grudinin-ə verilməsini planlaşdırdığı ortaya çıxıb, Kreml rəsmiləri problemləri ortaya tökməklə ona şəxsi hücuma keçiblər.

Pavel Grudinin (solda) Kazanda tərəfdarları ilə görüşür
Pavel Grudinin (solda) Kazanda tərəfdarları ilə görüşür

“Kommunist Partiyasının lideri Gennady Zyuganov Nobel laureatının yerini şübhəli biznesmenə verməyə çalışmaqla tənəzzül edib”, – Kremldəki mənbə RBC xəbər agentliyinə deyib.

“Grudinin hekayəti sistem müxalifəti konsepsiyasının Rusiya siyasətindən necə itdiyini göstərir. 2018-ci ilədək hakimiyyət Grudinin-i əlverişli namizəd sayırdı, o, seçki kampaniyasını canlandıracaq, Prezident Vladimir Putinə heç bir təhdid yaratmayacaqdı... O, seçkidə rolunu gözəl ifa etdi və seçkidən sonra da sədaqətini sərgilədi, Moskva regionunun meri postuna namizədiyini vermədi... ”, – yazan müəllif bütün bunların fayda vermədiyini, elə prezident seçki kampaniyası müddətində hökumətin ona qarşı təbliğatı var gücüylə işə saldığını vurğulayır. Səbəb isə sadədir – prezident administrasiyası Putin üçün yaxşı seçki nəticəsi təmin edə bilmədi və buna görə də Grudinin-i suçlayırlar.

Həm də Grudinin sistemiçi müxalifətə təzyiqlərin yeganə qurbanı deyil. Ötən sentyabrda qubernator seçkilərini udmuş, kommunistlərdən Valentin Konovalov, LDPR-dən Vladimir Sipyagin-ə qarşı da oxşar kampaniya aparılıb. Onların “günahı” vəzifədə olan qubernatorlara fon yaratmaq üçün namizəd kümü təsdiqlənməklərinə baxmayaraq, seçkidə daha çox səs qazanmalarıdır.

Ghosn “arxadan zərbə” aldığını deyir

Nissan şirkətinin keçmiş rəhbəri Carlos Ghosn keçmiş həmkarlarının ona “arxadan bıçaqladığını” iddia edir. O, ötən il ilk dəfə saxlanmasından sonra ictimaiyyətə ilk videomüraciətində bu haqda danışıb.

Carlos Ghosn
Carlos Ghosn

Ghosn ötən həftə yenidən saxlanıb, şirkətdən 5 milyon dolları öz hesabına transfer etməkdə ittiham olunub. Keçmiş şirkət rəhbəri 9 milyon dollar əvəzində 30 gün azadlıqda qalmışdı. Videonu isə son həbsindən bir gün qabaq lentə alıb.

Videonu Tokioda jurnalistlərə onun vəkilləri göstərib. O, Nissan-la fransalı tərəfdaşı Renault arasında daha sıx tərəfdaşlığı önləməyi hədəfləyən rəqabətin qurbanı olduğunu deyib.

“Bu, tamahkarlıq, yaxud diktatura deyil, sui-qəsd, arxadan bıçaqlanma deməkdir. Mənə qarşı irəli sürülən ittihamların heç biri üzrə günahkar deyiləm”, – deyən Ghosn əlavə bilgi verməyib.

Yeddi dəqiqəlik videonu Ghosn-un vəkilləri redaktə edərək onun xəyanətdə ittiham etdiyi adamların adlarını hüquqi səbəblərdən çıxarıblar.

Ghosn deyib ki, rəqibləri onun Nissan-ı Renault ilə daha da yaxınlaşdıra biləcəyindən əndişələniblər.

İllüstrativ foto
İllüstrativ foto

Orqanları düzgün yerləşməyib, amma 99 il yaşayıb

Rose Marie Bentley Birləşmiş Ştatların Oreqon ştatında yaşayıb. Daim üzgüçülüklə məşğul olub, beş uşaq böyüdüb, ərinə yem mağazasına kömək edib və... 99 yaşında ölüb. Yalnız ölümündən sonra tibb tələbələri onun ürəyini çıxmaqla bütün daxili orqanlarının yanlış yerdə yerləşdiyini aşkarlayıb.

Belə bir nadir halın aşkarlanması bu həftə anatomların konfransında təqdim olunub. Burada heyrət doğuran Bentley-nin bu qədər çox yaşaya bilməsidir. Oreqon Səhiyyə və Elm Universitetinin bildirməsinə görə, daxili orqanların transpozisiyası kimi tanınan bu hal zamanı tez-tez həyat üçün təhlükəli ürək xəstəlikləri, digər anormallıqlar üzə çıxır.

Bentley-nin ailəsinin bundan xəbəri olmayıb. Universitet belə bir halın hər 22 min doğuşdan bir baş verdiyini bildirir.

Bentley-nin yeganə fiziki şikayəti artritlə bağlı olub, qızı Louise Allee belə deyir.

XS
SM
MD
LG