Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:47

Buzfeed: İtaliyanın hakim partiyası Kremldən 65 milyon dollar almalı idi


Vladimir Putin (sağda) və Matteo Salvini
Vladimir Putin (sağda) və Matteo Salvini

İtaliyanın baş naziri Matteo Salvininin ifrat sağçı – “Şimal Liqası” partiyası təşkilatın maliyyələşdirilməsinə dair Kremllə danışıqlar aparıb.

Bu barədə Buzzfeed nəşri xəbər verir. Xəbərdə deyilir ki, redaksiyanın ixtiyarında italyanların Moskvada apardıqları danışıqların səs yazısı var.

İddia olunur ki, danışıqlar partiyanın Rusiyadan neft alqı-satqısı adı altında 65 milyon dollar vəsait alması barədə idi.

Buzzfeed yazır ki, İtaliyanın baş naziri Salvininin 2018-ci ilin oktyabrında Moskvaya səfəri zamanı onu köməkçisi Gianluca Savoini müşayiət edib. Kremlin adları çəkilməyən vəzifəli şəxsləri ilə görüşü də onun təşkil etdiyi bildirilir.

Moskvadakı Metropol otelində verilən şam yeməyində Savoininin Şimal Liqasından olan daha iki yoldaşı iştirak edirdi.

Danışıqların səs yazısından məlum olur ki, italyanlar bir il ərzində Rusiyadan 1, 5 milyard dollarlıq neft idxalı barədə razılığa gəlmək istəyirdilər.

İddia edilir ki, bu məbləğin 4 faizini təşkil edən pulu Intesa italyan bankı vasitəsilə Şimal Liqası almalı idi.

Savoininin sözlərinə görə Moskvadakı bu bankda partiyanın Andrea Mashetti adında adamı vardı.

Buzzfeed nəşrinin hesablamasına görə, ümumilikdə Salvininin partiyası bu əməliyyatın nəticəsi olaraq 65 milyon dollar vəsait əldə etməli idi.

Bu da bildirilir ki, danışıqlar zamanı italyanlar bu əməliyyatın mümkün qədər tez, qarşıdan gələn seçkilərədək həyata keçirilməsinin mühümlyünü vurğulayırdılar.

Burada söhbətin Avropa Parlamentinə seçkilərdən getdiyi düşünülür.

Buzfeed bunu da xəbər verir ki, müqavilə Rusiyanın Rosneft və Lukoil şirkətləri ilə İtaliyanın Eni şirkəti arasında bağlanmalı idi.

Eni şirkəti Buzfeed nəşrinə bildirib ki, o siyasi partiyaların maliyyələşdirilməsi ilə məşğul deyil və sözü gedən sövdələşmə heç vaxt baş tutmayıb.

Buzfeed iddia edir ki, bu əməliyyatın planı barədə həm Rusiya, həm də İtaliyanın hakim dairələri xəbərdar olublar.

Bu da qeyd olunur ki, sözü gedən audioyazıdakı söhbət baş nazir Salvinin Rusiya baş nazirinin müaviniDmitry Kozakovla görüşündən bir gün sonra yer alıb.

İddia edilir ki, bu danışıqların uğurlu olması barədə rusiyalıların italiyalı ifrat sağçı partnyorları bildirirdilər.

Salvini bu görüşlər barədə xəbərləri rədd edib.

Kozak da belə bir danışıqların olmasını təkzib edib.

Bəlli olan budur ki, İtaliyanın Şimal Liqası partiyası rusiyayönlü mövqe tutur.

Salvini isə bildirib ki, Rusiyaya qarşı Avropa İttifaqının sanksiyaları mənasızdır.

XS
SM
MD
LG