Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

'Gəncə işi'ndə növbəti qrupa hökmlər oxunub


'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Arxiv videosu)

Bu gün, sentyabrın 19 -da «Gəncə işi» üzrə təqsirləndirilən qruplardan daha birinin məhkəməsi olub.

Prosesi Sabunçu rayon Məhkəməsində getsə də, işi Gəncədən olan hakim aparırdı.

Təqsirləndirilənlərdən Oktay Hüseynzadə 18, Eşqin Quliyev 20, Rauf Bayramov 9, Hüseyn Bayramov 2, Abbas Abbasov 7, Elşən Məmmədov 7, Urfan Məmmədov da 18 il həbs cəzası alıb.

Prokuror onlara 4 ildən ömürlük həbsə qədər cəza istəyib.

Onlardan Rəşad Böyükkişiyevin isə artıq həyatda olmadığı bildirilir.

Hökmdən sonra valideynlər verilən qərarlara etiraz ediblər. Onlar övladlarının günahsız olduğunu iddia ediblər. Valideynlərin sözlərinə görə, verilən qərarda ədalət gözlənməyib.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 11 il 6 ayaq qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

İki qrupun məhkəməsi bitməyib. Elmar Vəliyev və onun mühafizəçisinə sui-qəsdə görə təqsirləndirilən 17 nəfər isə hələ də istintaq altındadır.

Mühakimə olunanlara qətl, hakimiyyət nümayəndəsinə müqavimət və bir sıra məsələlər üzrə ittihamlar verilib.

'Gəncə işi'ndə cəzalar yüngülləşdirildi, bir nəfər həbsdən buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, istintaq-axtarış zamanı bu cinayət işləri ilə bağlı axtarışda olan bəzi şəxslər də silahlı müqavimət zamanı zərərsizləşdirilib. Rəsmilər belə şəxslərin 5, hüquq müdafiəçiləri isə daha çox olduğunu deyirlər. Həmin şəxslərin bəzilərinin yaxınları isə onlarda silah olması barədə iddiaları yalanlayıblar.

XS
SM
MD
LG