Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Ötən il 420 milyard dollarlıq silah və xidmət satılıb


İllüstrativ foto
İllüstrativ foto

2018-ci ildə silah və hərbi xidmətlər satışı sektorunun 100 ən böyük şirkəti 420 milyard dollarlıq alver edib və bu, bir il öncəylə müqayisədə 4,6 faizlik artım deməkdir. Bu siyahıya Çin şirkətləri daxil deyil.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dekabrın 9-da yeni reytinq açıqlayıb. Reytinq 2002-ci ildən bəri ilk 100 şirkətin silah və hərbi xidmət satışında 47 faizlik artım baş verdiyini üzə çıxarıb. Reytinq 2002-ci ildən hazırlanır və etibarlı dəyərləndirmə olmadığından Çin şirkətləri bu databazaya daxil deyil.

İlk 100-lükdə ABŞ şirkətləri dominantlıq edir. 2002-ci ildən bəri ilk dəfədir ki, ilk beşliyi ABŞ-da mənzillənən şirkətlər tutub: Lockheed Martin, Boeing, Northrop Grumman, Raytheon və General Dynamics.

5 şirkətin satışı 148 milyard dollardır

Bu beş şirkətin satışı 148 milyard dollar, yaxud ilk 100-lüyün payına düşənin 35 faizini təşkil edir. Ümumilikdə isə reytinqdəki ABŞ şirkətləri 246 milyard dollarlıq silah və xidmət satıb. Yəni ümumi reytinqin 59 faizi qədər.

2018-ci ildə ABŞ silah sənayesində böyük silah istehsalçıları arasında birləşmə tendensiyası nəzərə çarpıb. Məsələn, Northrop Grumman və General Dynamics 2018-ci ildə bir neçə milyard dollarlıq sövdələşmələr həyata keçiriblər.

SIPRI Rusiyanın 10 şirkətinin silah satışının sabit qaldığını bildirir. 36,2 milyard dollarlıq satış 2017-ci illə müqayisədə 0,4 faizlik azalmaq deməkdir.

İlk 100-lüyə düşən 10 Rusiya şirkəti üzrə fərqli tendensiyalar üzə çıxıb: beş şirkət silah satışında artım, qalan beşi isə azalma qeydə alıb. Rusiyanın ən böyük silah istehsalçısı olan Almaz-Antey ilk 10-luğa düşüb (9-cudur) və 100-lükdəki Rusiya şirkətlərinin ümumi silah satışının 27 faizi onun payına düşüb.

Fransa şirkətlərinin silah satışını gücləndirdiyi, Britaniya və Almaniya şirkətlərinin isə azaltdığı qeyd olunur.

XS
SM
MD
LG