Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:56

Keçmiş icra başçıları məhkəməyə qədər 4 ay həbs ediliblər


Nizaməddin Quliyev (sol) və Ramiz Tatarov, arxiv foto
Nizaməddin Quliyev (sol) və Ramiz Tatarov, arxiv foto

Dekabrın 19-da Dövlər Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatda saxlanan Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Bu barədə qərarın dünən, dekabrın 20-də Səbail Rayon Məhkəməsində çixarıldığı bildirilir.

Elə dekabrın 19-da saxlandığı açıqlanan Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov barədə də Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbirinin seçildiyi deyilir. Dekabrın 20-də onun haqqında da DTX-nın verdiyi təqdimata baxılıb. Amma, məhkəmənin detalları ilə bağlı proses iştirakçılarından əlavə məlumat almaq mümkün olmayıb.

Dekabrın 19-da DTX-nın keçirdiyi əməliyyatlar nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlax şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Qoca Səmədov saxlanıblar.

DSX-nın açıqlamasında onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər. Qurum Ağstafa rayon İcra Hakimiyyətinin başçısının kabinetində və başqa yerlərdə çəkildiyi bildirilən görüntülər də yayıb.

Amma saxlanan şəxslərdən, onların vəkillərindən bu açıqlama və çəkilişlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

DTX əməliyyatı: Ağstafa icra başçısı və müavini həbs edildi
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Qoca Səmədov 2011-ci ildə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O bu il oktyabrın 31-də həmin vəzifədən azad edilib.

N.Quliyev isə Prezidenti İlham Əliyevin bu il aprelin 5-də imzaladığı sərəncam ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. O, həmin vaxta qədər 10 il Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışmışdı. Bu il aprelin 5-də o, Ağstafa rayonuna, Ağstafa rayon İcra Hakimiyyəti başçısı isə Goranboy rayonuna başçı göndərilmişdi.

N.Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı sərəncamla Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Onun keçmiş müavini Ramiz Tatarovun isə YAP Ağstafa rayon təşkilatınının sədri olduğu bildirilir.

XS
SM
MD
LG