Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:07

Marneuli və Bolnisidə karantin elan olunub


Arxiv fotosu
Arxiv fotosu

Martın 23-dən Gürcüstanın cənubunda iki regionda koronavirusun yayılmasını önləmək məqsədilə karantin elan olunub. Baş nazir Giorgi Gakharia bir gün öncə brifinqdə deyib ki, Azərbaycanla həmsərhəd Marneuli və Bolnisi regionları giriş-çıxışa bağlanır. Regionlar ərzaq və dərmanla təmin olunacaq, ərzaq mağazaları, apteklər açıq olacaq. Vacib infrastruktur və xidmətlər də əlçatan olacaq.

Bu qərara bir qadında COVID-19 respirator xəstəliyinin aşkarlanması səbəb olub. Qadın qohumunun il mərasimində azı 90 nəfərlə kontaktda olub. İndiyədək həkimlər qadının ünsiyyət saxladığı azı 85 nəfəri müəyyənləşdiriblər.

Həkimlər qadının vəziyyətinin ağır olduğunu deyirlər. Baş nazirin sözlərinə görə, qadın yas mərasiminə gələndə onda xəstəliyin simptomları olub. Mərasimdə Bolnisi regionundan və qonşu Azərbaycandan da qonaqların olduğu bildirilir.

Marneuli və Bolnisidə əsasən etnik azərbaycanlılar yaşayır.

3,7 milyon əhalisi olan Gürcüstanda martın 22-dək 54 koronavirus yoluxması aşkarlanıb. Hələlik, ölüm halı qeydə alınmayıb.

Gürcüstan parlamenti koronavirusun yayılmasını önləmək məqsədilə ölkədə bir aylıq fövqəladə vəziyyətlə bağlı prezident fərmanını təsdiqləyib. Prezident Salome Zurabishvili fərmanı martın 21-də parlamentə göndərib, parlament onu həmin gün axşam təsdiqləyib.

XS
SM
MD
LG