Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:49

Türkmənistanda kütləvi idman tədbirləri keçirilir


Gurbanguly Berdymukhammedov, arxiv fotosu
Gurbanguly Berdymukhammedov, arxiv fotosu

Dünya Səhiyyə Günü münasibətilə Türkmənistanda kütləvi idman tədbirləri təşkil olunub. Bu arada dünyada koronavirus epidemiyasının yayılmasını önləmək məqsədilə fiziki təcrid tədbirləri görülür.

Qazla zəngin bu Orta Asiya ölkəsi virusa yoluxma halının qeydə alınmadığını bildirir, pandemiya haqda hansısa müzakirəni isə qadağan edib.

Dövlət televiziyası aprelin 7-də avtoritar Prezident Gurbanguly Berdymukhammedov-u at çapan, bir qrup məmurla velosiped sürən yerdə göstərib. Prezident bircə dəfə ötən həftə koronavirusun adını çəkmişdi.

Dövlət mediasının məlumatına görə, aprelin 7-də paytaxt Aşqabadda 3 min 500, ölkənin digər yerlərində isə 7 min velosipedçi yürüşə çıxıb, “sağlam həyat tərzinə sadiqliyini nümayiş etdirib”.

Rəsmi media parklarda gimnastika, akrobatika, cüdo, güləş, boks yarışları təşkil olunduğunu xəbər verib.

AzadlıqRadiosunun paytaxtdakı əməkdaşlarının ötən həftə verdiyi xəbərə görə, ictimaiyyət arasında pandemiyadan danışan şəxsləri mülki geyimlilər dərhal uzaqlaşdırır.

Hökumət martın 20-də Aşqabada giriş-çıxışı bağlayıb, buna heç bir rəsmi səbəb göstərilməyib. Ölkənin vilayətləri arasında nəqliyyat da məhdudlaşdırılıb, magistral yollarda buraxılış məntəqələri quraşdırılıb.

XS
SM
MD
LG