Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:57

Prezidentin dedikləri belə yozulur 


İlham Əliyev, 28 mart 2020
İlham Əliyev, 28 mart 2020

Mayın 1-də Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyev-i videoformatda qəbul edən dövlət başçısı İlham Əliyev bir çox məsələlərlə yanaş daxili siyasətə də toxunub.

“Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”, deyə o bəyan edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli Azadlıq Radiosuna deyib ki, dövlət başçısı və rəhbərliyə daxil olan başqa şəxslərin ölkədə siyasi plüralizm, siyasi zəminli həbs və təqiblərin olmaması ilə bağlı vaxtaşırı belə açıqlamaları olur, amma reallıq tamamilə fərqlidir.

Anar Məmmədli, arxiv foto
Anar Məmmədli, arxiv foto

Onun fikrincə, Azərbaycan hakimiyyəti reallıqla bağlı ölkədə hüquq müdafiə təşkilatları və siyasi partiyaların rəylərini eşitmək istəmir:

“Yəni, həqiqətən ölkədə siyasi məhbuslarn, siyasi təqiblərin, siyasi zəmində heç bir cinayət işinin açılmadığını iddia edirlərsə, bununla bağlı ən azı görüşərək müzakirələr aparmaq olar. Bunun əksini iddia edən şəxslərlə bir masa ətrafında oturub dartışmaq olar”

“Yəni, həqiqətən ölkədə siyasi məhbuslarn, siyasi təqiblərin, siyasi zəmində heç bir cinayət işinin açılmadığını iddia edirlərsə, bununla bağlı ən azı görüşərək müzakirələr aparmaq olar. Bunun əksini iddia edən şəxslərlə bir masa ətrafında oturub dartışmaq olar”

“ Sırf beynəlxalq auditoriyaya yönəlmiş açıqlamadır”

Mərkəz rəhbəri deyir ki, ölkə daxilində tamamilə fərqli bir reallıq var:

“Ölkədə 100-dən yuxarı siyasi məhbus var. Xeyli sayda şəxslər sosial mediada paylaşımlarına görə, polisə çağırılır, xəbərdarlıq edilir. Eyni zamanda, Tofiq Yaqublunun həbsi ( Müsavat Partiyası və Milli Şuranın üzvü, xulqinlıqda ittiham edilir) ona qarşı açılmış qondarma cinayət işi var və bütün bunlar tamamilə fərlqi reallığın olduğunu göstərir”.

A.Məmmdəli vurğulayıb ki, indi ölkədə dialoq mühitindən bəhs edilir, amma onun heç bir predmenti yoxdur:

“Ona görə də hesab edirəm ki, dövlət başçısının bu fikrirləri daha çox beynəlxalq auditoriyaya, beyənlxalq təşkilatlara yönəlib. Çünki, karantin müddəidndə ( koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi elan edilib) təqiblərlə bağlı xeyli tənqidlər səsləndi, karantin müddəti bitidkdən sonra bu tənqidlər daha da çoxalacaq. Belə bir şəraitdə ölkə başçısının açıqlaması sırf beynəlxalq auditoriyaya yönəlmiş açıqlamadır”.

Rəsul Cəfərov, 29 yanvar 2020
Rəsul Cəfərov, 29 yanvar 2020

Hüquq müdafiəçisi, ReAL Partiyasının təmsilçisi Rəsul Cəfərov isə həm güman edir, həm də inanmaq istəyir ki, bu deyilən boş söz olmayacaq:

“Bu söz ən yuxarı şəxs səviyyəsində deyilir”

“Azərbaycan Prezident Pespublikası olduğu üçün konstitusiyaya görə, Prezident bir nömrəli siyasi postu tutan şəxsdir və bu söz ən yuxarı şəxs səviyyəsində deyilir. Ona görə, bu söz belə açıq şəkildə, özü də yeni Baş prokurorla görüşdə deyilirsə, güman və inamım ondan ibarətdir ki, bu boş söz olaraq qalmayacaq”.

Prezident bir nömrəli siyasi postu tutan şəxsdir və bu söz ən yuxarı şəxs səviyyəsində deyilir. Ona görə, bu söz belə açıq şəkildə, özü də yeni Baş prokurorla görüşdə deyilirsə, güman və inamım ondan ibarətdir ki, bu boş söz olaraq qalmayacaq

R.Cəfərov" Turan" agentliyinə açıqlamasında vurğulayıb ki, heç vaxt heç kimi əsassız olaraq siyasi məhbus adlandırmayıblar. Onun qeyd etməsinə görə, bu məsələ əsaslandırılıb, həmin əsaslandırmaları istənilən dövlət və hüquq-mühafizə qurmuna təqdim etməyə hazırdırlar.

Hüquq müdafiəçisi Prezidentin həmin fikirləri yeni Baş prokurora bəyan etdiyi gün, mayın 1-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir-in dindirilmək üçün Baş prokurorluğa aparılmasına da münasibət bildirib:

“Buna ilk növbədə reaksiyanı Prezident özü göstərməlidir”

“Əgər jurnalist prokurorluğa əsassız olaraq aparılıbsa bu özü də araşdırılmalı, müvafiq hüquqi qiymətini tapmalıdır. Mövqeyinə, fəaliyyətinə, mənsubiyyətinə görə, kiməsə qarşı əsaslandırılmamış addım atılırsa bu hər bir halda yolverilməzdir. Əgər, Prezidentin çıxışı gedən zaman və ya sonra bu kimi hallar baş verirsə hesab edirəm ki, buna ilk növbədə reaksiyanı Prezident özü göstərməlidir”.

Hüquq müdafiəçilərinin bu fikirlərinə, hələlik, Baş prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma deputat Razi Nurullayev mövzu ilə bağlı deyib ki, Prezidentin dediyi sözün səmimiliynə və həqiqiliyinə inanır:

“Bunun da get-gedə təzahürlərini görürük”

“Çünki, dərin islahatlar barədə söhbət də boşuna getmədi. Siyasi partiyalar qeydiyyata alınır. Yeni siyasi partiyaların yaradılması ilə bağlı bu və ya digər siyasətçilər anonslar verir. Hər dəfə də prezidentin dilindən səslənir ki, Azərbaycanda dərin islahatlar gedəcək. Bunun da get-gedə təzahürlərini görürük”.

Razi Nurulayev, 2010
Razi Nurulayev, 2010

Deputat qeyd edib ki, müxtəlif sahələrdə yeni kadrlar müəyyənləşir, siyasi partiyalara da münasibət dəyişir, Novruz bayramında Prezidentin adından partiya sədrlərini təbrik bir ilk olub:

“Onun üçün də düşünürəm ki, bunu Azərbaycan hakimiyyəti də artıq görür, dərk edir ki, yeni siyasi sistem lazımdır və bu yeni siyasi sistemin içində müxalifət yerini almalıdır”.

“Azərbaycanda siyasi və demokratik açılım ola bilər”

“ Bunu indiyə kimi deyə bilməzdik, amma indi demək olar ki, Azərbaycanda siyasi və demokratik açılım ola bilər. Bunun bütün təzahürlərini görürəm. Bu , yavaş-yavaş getsə də sonunda nəticəyə gətirib çıxaracaq”.

R.Nurullayev hesab edir ki, artıq geriyə də yol yoxdur, bu zamanın, yeni dünya düzəninin tələbidir və inkişafdan geri qalmaq olmaz:

“Onun üçün də düşünürəm ki, bunu Azərbaycan hakimiyyəti də artıq görür, dərk edir ki, yeni siyasi sistem lazımdır və bu yeni siyasi sistemin içində müxalifət yerini almalıdır”.

XS
SM
MD
LG