Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:57

Daha bir koronavirus vaksininin sınağı başlanır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ-ın Novavax biotexnologiya şirkəti Avstraliyada koronavirusa qarşı vaksinin insan üzərində sınağına başlayıb və onun effektivliyi barədə ilkin nəticələr iyula gözlənir.

Novavax mayın 25-də elan edib ki, klinik sınağın birinci fazası 18-59 yaşlı 130 sağlam iştirakçı üzərində başladılıb.

İkinci mərhələdə sınaq Birləşmiş Ştatlar daxil olmaqla bir neçə ölkədə aparılacaq, daha geniş yaş qrupunda COVID-19 xəstəliyinə qarşı immunitetin yaranması, təhlükəsizliyi yoxlanacaq.

Hazırda koronavirus vaksini adına 10-dan çox namizəd ilkin sınaq mərhələsindədir, yaxud sınaq başlanmaq üzrədir. Sınaqlar əsasən Birləşmiş Ştatlar, Avropa və Çində aparılır.

Hələlik, bu vaksinlərdən hansınınsa effektiv olacağı aydın deyil. Yeni koronavirusa dünyada 5,5 milyona yaxın insan yoluxub, 345 min nəfər vəfat edib.

Hər bir vaksin virusa qarşı immunitetin yaranmasından ötrü fərqli texnologiyadan istifadə edir.

Novavax şirkətinin hazırladığı NVX CoV2373 vaksinində isə rekombinant nanohissəciklər texnologiyasından istifadə olunur.

XS
SM
MD
LG