Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:10

Bill Gates mikroçip iddialarına cavab verir


Bill Gates
Bill Gates

Amerikalı milyarder, Microsoft şirkətinin qurucusu Bill Gates özüylə bağlı sosial mediada yayılmış iddialara cavab verir. Həmin konspirologiya nəzəriyyələrində onun vaksinlər vasitəsilə insanlara izləyici mikrosxemlər (mikroçiplər) yerləşdirmək istədiyi iddia olunur.

“Heç vaxt belə bir mikrosxemlə məşğul olmamışam. O qədər səfeh və axmaq fikirdir ki, təkzib etmək belə çox çətindir”, – o, ötən həftə jurnalistlərə telekonfrans zamanı deyib.

Qlobal koronavirus pandemiyası başlanandan Gates-in adı müxtəlif konspirologiyalarda hallandırılır, onu hansısa yolla virusla əlaqələndirirlər.

300 milyon dollar

Ötən ay Rusiya dövlət televiziyasının təkrar yayımını dayandırdığı proqramda Gates insanlara çip yeritmək cəhdində ittiham olunurdu.

Ria Novosti dövlət xəbər agentliyi 50 dəqiqəlik şounu “əcaib konspirologiya” adlandırmışdı.

Gates bundan öncə pandemiyanın təhlükəsi haqda xəbərdarlıq edib, onun fondu COVID-19-la mübarizə və vaksin hazırlanmasına 300 milyon dollar boyun olub.

Bəzi ifrat-sağçı qruplar və şərhçilər bu addımları misal çəkərək yanvarda internetdə dezinformasiya yaymağa başladılar ki, Gates virusun arxasındadır və ondan qazanc götürmək istəyir.

“Uşaqlardan hansına qızılca peyvəndi vurulduğunu, hansına vurulmadığını bilmək yaxşı olardı”, – deyən Gates əlavə edib ki, “vacib sistemlər var”, məsələn, sağlıq tarixçiləri yerində olmalıdır. Tibb işçiləri onların vasitəsilə kimin peyvənd olunduğunu bilməlidir, buna görə mikrosxemə ehtiyac yoxdur.

“Bizim fond vaksin almaqdan ötrü pul əldə edir. Buna görə də pandemiya riskini görərək bu haqda danışmağa başladıq”, – Gates jurnalistlərə söyləyib.

Artıq dünya üzrə COVID-19 xəstəliyindən ölənlərin sayı 402 mini, ümumi yoluxma sayı isə 7 milyon nəfəri keçib.

XS
SM
MD
LG