Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:13

Formula-1 Azərbaycan Qran- Prisini də ləğv edir


Bakıda Formula-1, 2018-ci il
Bakıda Formula-1, 2018-ci il

Formula-1 builki mövsüm üçün daha üç yarışı ləğv edib, Azərbaycan Qran-Prisi də bu sıradadır.

Yarışların təşkilat komitəsi iyunun 12-də yaydığı bəyanatda bildirib ki, logistika səbəblərindən Sinqapur və Yaponiya qran priləri ilə yanaşı Azərbaycanda planlaşdırılan turnir də ləğv olunur.

“Bu qərarlar həmin ölkələrdəki təmsilçilərimizin üzləşdiyi fərqli problemlərlə əlaqədar verilib”, – bəyanatda deyilir.

“Sinqapurda və Azərbaycanda küçə halqalarının tikintisinə tələb olunan zaman qeyri-müəyyənlik dövründə yarışmanın keçirilməsini mümkünsüz edib. Yaponiyada isə davam edən səyahət qadağaları yarışmanı keçirməmək qərarıyla sonuclanıb”, – bəyanatda deyilir.

Bu ayın əvvəlində 2020-ci il mövsümü üçün yenilənmiş Formula-1 təqvimi açıqlanmışdı. Avstriya Qran- Prisi iyulun birinci həftəsonu başlamalıdır.

Yarış təmsilçiləri təqvimin qalan hissəsi üzərində işləyirdilər. F1 bəyanatında bildirir ki, “mövsüm dekabrın ortasında Əbu-Dabidə yekunlaşanadək 15-18 oyunun keçiriləcəyindən əmindir”.

Azərbaycanda Formula-1 yarışları 2016-ci ildən keçirilir.

Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara 2023-cü ilə qədər ev sahibliyi etməlidir.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Müxalifət isə bundan narazılıq edir.

XS
SM
MD
LG