Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Türkmənistanda səfirlik əməkdaşı pnevmoniyadan ölüb


Kemal Uchkun
Kemal Uchkun

Türkmənistan paytaxtı Aşqabadda Türkiyə səfirliyinin əməkdaşı pnevmoniyadan vəfat edib. Orta Asiya ölkələri içində bircə Türkmənistan koronavirusa bircə yoluxmanın da olmadığını bildirir.

Turkmen.news və Türkiyənin TRT Avaz media orqanları səfirlikdə adını çəkmədikləri rəsmilərə istinadla xəbər veriblər ki, dini məsələlər üzrə müşavir Kemal Uckun iyulun 7-dən 8-nə keçən gecə Aşqabadda xəstəxanada dünyasını dəyişib.

Pnevmoniya simptomlu xəstələr

2018-ci ilin yanvarından səfirlikdə işləyən Uckun iyunun 27-də xəstəxanaya ağciyər problemləri, ağır öskürək və qızdırmayla yerləşdirilib.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbirlərinin Türkmənistandan verdiyi məlumata görə, ölkə xəstəxanaları pnevmoniya simptomları olan xəstələrdə doludur, tibb işçiləri daxil bir qismi vəfat edib.

Ölkənin bəzi yerlərində karantin zonalarının yaradıldığı, bəzi sənaye obyektlərinin bağlandığı xəbər verilir.

Ancaq Türkmənistan rəsmiləri ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını israrla vurğulayır.

Bu həftənin əvvəlində Dünya Səhiyyə Təşkilatının missiyası uzun yubanmadan sonra Aşqabada gedib. Missiya vəziyyəti dəyərləndirəcək, koronovirusun önlənməsi istiqamətində ölkə rəsmiləri ilə işləyəcək.

Qonşular

Qonşu Qazaxıstanda isə Prezident Qasym-Zhomart Toqaev iyulun 8-də axşam xalqa müraciətində son günlər yoluxmalarda kəskin artıma görə iki həftə qabaq vəzifədən kənarlaşdırdığı keçmiş səhiyyə nazirini günahlandırıb. Toqaev vətəndaşlardan çoxunun sanitar-epidemioloji qaydaları gözardı etdiyini də vurğulayıb.

Prezident iyulun 13-nü ölkədə COVID-19 qurbanları üçün anım günü elan edib, virusla mübarizəyə daha çox vəsait ayrılacağını deyib.

Bu günədək Qazaxıstanda 53 mindən artıq yoluxma qeydə alınıb, 220 nəfərin vəfat etdiyi bildirilir.

Qırğızıstanda uyğun rəqəmlər 8 min 847 yoluxma və 116 ölüm halından ibarətdir.

Özbəkistanda hökumətin xüsusi komissiyasının üzvü Habibulla Oqilov iyulun 8-də bildirib ki, artıq xəstəxanalar dolub, koronavirus xəstələri üçün yer yoxdur. İyulun 10-dan avqustun 1-dək ölkədə ikinci karantin elan olunur.

32 milyon əhalisi olan Özbəkistanda bu günədək 11 min 259 yoluxma, 47 ölüm halı qeydə alınıb.

Tacikistanın şimalındakı Xucand şəhərinin rəsmiləri əsas regional doğum xəstəxanasını təcrid ediblər. Bu xəstəxana apreldən COVID-19 xəstələrinə xidmət göstərir. Ötən həftəsonu tibb ocağının 49 yaşlı baş həkimi Shoira Buzurukova koronavirus simptomları ilə vəfat edib.

Tacikistanda iyulun 8-dək 6 min 364 yoluxma, 54 ölüm halı qeydə alındığı bildirilib.

XS
SM
MD
LG