Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Baş infeksionist: ‘Bu, yoluxmanın yenidən artmasına rəvac verə bilər’


Arxiv foto
Arxiv foto

Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılacaq. Bununla bağlı avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Söhbət əsasən SMS-lə icazə alıb yaşayış yerini tərk etmək qadağasının aradan qaldırılmasından və çimərliklərin açılmasından gedir.

Amma başqa məhdudiyyətlər, eləcə də rayonlara gediş-gəlişə qoyulan qadağa götürülmür. Artıq, məsələnin bu tərəfi sosial şəbəkələrdə də qızgın müzakirə edilir. Bəzi şəxslər narahatlıqlarını ifadə edirlər ki, rayonlara gedib-gəlməyə qoyulan məhdudiyyət götürülməsə bu çimərliklərdə sıxlığa səbəb ola bilər. Onların fikrincə, onda yenidən koronavirusa yoluxma artacaq. Bir sıra sosil şəbəkə istifadəçiləri də hesab edir ki, rayonlara gediş-gəlişin açılmaması, virusla mübarizədən çox, cərimələrin yığılmasına xidmət edə bilər.

Toy qadağasına görə işini itirənlər: 'Borca girirəm'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

“Onsuz da rayonlara gedib, gəlirlər”

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

Tibb sahəsi üzrə professor Adil Qeybulla Azadlıq Radiosuna deyib ki, sms icazənin ləğvi müsbət addımdır, amma rayonlara gediş-gəlişin açılmasına ehtiyatla yanaşblar. Onun fikrincə, bunu da etmək olardı:

“Rayonlara gediş-gəlişə icazə verilməli idi. Onsuz da rayonlara gedib, gəlirlər. Kifayət qədər gedib-gələn var. Hərə bir bəhanə ilə gedir. Karantin təkcə kasıb-kusuba aid deyil. İimkan verilməlidir ki, insanlar rayonlara getsinlər. Ancaq karantin davranış qaydaları hazılamnalıdır ki, may ayındakı hallar təkrar olmasın”.

“Əhali çimərliyə necə gedəcək?”

Arxiv foto
Arxiv foto

O, hesab edir ki, çimərliklərin açılması da müsbətdir, immun sisteminin güclənməsi üçün vacibdir:

“Amma burada da düşündrücü məqmalr var. Həftə sonu ictimai nəqlaiyyatın hərəkətinə qadağa qoyulur. Əhali çimərliyə necə gedəcək? qaranlıq qalır. Bir də təlimatlar olmaldıır ki, karantin davanışları pozulmasın”.

“Bu yoluxmanın yenidən artmasına rəvac verə bilər”

Cəlal Əliyev, arxiv foto
Cəlal Əliyev, arxiv foto

Azərbaycanin baş infeksionisti Cəlal İsayev də mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, pandemiya ilə mübarizədə müsbət dinamika var. O qeyd edib ki, yoluxmalar 200-ə qədər enib, sağalmalar yoluxmaları üstələyir:

“Amma yoluxmanın 200-ə qədər enməsi, hələ rayonlara gediş-gəliş baxımından məqsəduyğun deyil. Bu yoluxmanın yenidən artmasına rəvac verə bilər. Belə şərait avqustun ortalarında yarana bilər. Əgər yoluxmalar iki rəqəmli həddə enərsə, bu sahədə dinamika birmənalı müsbət olarsa, o vaxt yeni qərarlar vermək olar”.

“Hamı da rayonlara gedir”

Sabir Rüstəmxanlı, arxiv foto
Sabir Rüstəmxanlı, arxiv foto

Deputat Sabir Rüstəmxanlı isə hesab edir ki, rayonlara gediş-gəliş açılmalı idi. Onun fikrincə, insanların hərəkətinə, sıxıntıdan çıxmasına imkan verilməli idi:

“Bu xəstəliyin ciddiliyini artıq hər kəs başa düşür. Ona görə də insanların rayonlara gediş-gəlişinə mane olmaq lazım deyil. Belə halda yolların bağlanması düzgün deyil. Polis, əsgərlər rayonlara gedən 100-lərlə maşınaları yoxlayır".

Deputatin deməsinə görə, istəyənlərin çoxu da rayonlara gedir:

"Onda bu icazə verməmənin adı nədir?”

Bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi-ndən (DİN) münasibət almaq mümkün olmayıb.

“icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər...

Ehsan Zahidov, 2011
Ehsan Zahidov, 2011

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə APA-ya v açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək:

“Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

Xatırlatma

Pandemiya karantini, Bakı, 21 iyun 2020
Pandemiya karantini, Bakı, 21 iyun 2020

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb.

Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurlar ( avqustun 5-dən bu yenidən ləğv ediləcək).

Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel, may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanıb.

Amma indi yardımın davam etdiriləcəyi barədə hər hansı söhbət yoxdur. Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

Arxiv foto
Arxiv foto

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyon 471 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 697 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyədək ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfərin müalicə olunaraq sağaldığı, 468 nəfəin də vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG