Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Facebook saxta hesablar şəbəkəsini bağlayır


İllüstrativ foto
İllüstrativ foto

Bu, ABŞ siyasətinə təsir göstərmək məqsədilə Çində yaradılmış hesablara qarşı ilk belə addımdır

“Facebook” sosial şəbəkəsi sentyabrın 22-də ABŞ və Asiya siyasətinə təsir göstərmək məqsədilə Çində yaradılmış saxta hesablar şəbəkəsini bağladığını bildirib.

Bu, ABŞ siyasətinə təsir göstərmək məqsədilə Çində yaradılmış hesablara qarşı ilk belə addımdır. Sözügedən hesabların ABŞ Prezidenti Donald Trampı həm dəstəklədiyi, həm də ona qarşı fəaliyyət göstərdiyi bildirilir.

Tramp və ABŞ-ın aparıcı əks-kəşfiyyat rəsmisinin sözlərinə görə, Çin ABŞ-da seçkiyə demokratların namizədi Co Baydeninin xeyrinə müdaxilə etməyə çalışır. Konqresdəki demokratlar isə iddia edirlər ki, Rusiya seçkiyə sosial media vasitəsilə təsir göstərməkdən ötrü Çindən daha aqressiv cəhdlər edir.

Yeni qanun gəlir: Facebook-da kimlər cəzalandırıla bilər?
Gözlə

No media source currently available

0:00 0:10:05 0:00

160-dan çox saxta hesab

Facebook-un məlumatına görə, şəbəkənin əsas platformada 155 hesabı, Instagram-da isə altı hesabı olub. Bu fəaliyyətin arxasında duranlar kimliklərini gizlətməyə çalışsalar da, təhqiqat onların Çinin Fujyan vilayətindən olduğunu müəyyənləşdirib.

Facebook şəbəkəni birbaşa Çin hökumətilə əlaqələndirməyib.

ABŞ-dakı fəaliyyətin hesabların ümumi işinin kiçicik bir hissəsi olduğu, demək olar, heç bir izləyici cəlb edə bilmədiyi vurğulanır. Əsas fokus isə Cənub-şərqi Asiyaya, Filippinə yönəlib.

Facebook-un keçmiş əməkdaşı minlərlə YAP trolunun olduğunu yazır
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Amerikalı izləyiciləri hədəfləyən saxta hesabları 3 mindən də az, Filippində olanları isə 100 mindən çox hesab izləyib.

Facebook-un kibertəhlükəsizlik siyasəti üzrə başçısı Nataniel Qleyçer deyib ki, az həcmdə kontentin paylaşılması hesabların məqsədinə çatmasını çətinləşdirib.

Sosial şəbəkə Filippindən qaynaqlanan, yerli siyasətə fokuslanan daha bir hesablar qrupunu da ləğv etdiyini bildirir. Bu qrupa Facebook-da 57, Instagram-da 20 hesab daxil olub.

Həmin hesabların paylaşdığı kontentdə Çinin mübahisəli Cənubi Çin Dənizindəki fəaliyyətinə və Prezident Rodriqo Duterteyə dəstək ifadə olunub.

XS
SM
MD
LG