Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:01

Navalnı deyir, zəhərlənməsinin arxasında Putin dayanır


Aleksey Navalnı (solda) və Vladimir Putin (foto-kollaj)
Aleksey Navalnı (solda) və Vladimir Putin (foto-kollaj)

“Heç bir ağrı hiss etmirsən, ancaq bilirsən ki, ölürsən”, – Navalnı sinir qazının ona təsir göstərməyə başladığı anı belə təsvir edib

“Mən Rusiyaya qayıtmamağımı Putinə hədiyyə edə bilmərəm. Putin bu aktın arxasındadır və mən başqa bir izah görmürəm”, – Navalnı deyib.

Müsahibə dərc olunmazdan bir neçə saat sonra Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Navalnını Qərb ölkələrinin xeyrinə işləməkdə ittiham edib. O deyib ki, Putin, rusiyalı həkimlər və onu xəstələnən kimi yerə çatdıran pilotlar müxalifətçinin həyatını xilas ediblər.

Yalnız “utanmaz birisi” bunun belə olmadığını deyə bilər, “İnterfaks” xəbər agentliyi oktyabrın 1-də Volodinə istinadla yazıb.

“Der Speigel” yazır ki, antikorrupsiya fəalı bir stəkan suyu süzmək kimi sadə işi görməyə çalışır, buna “çox enerjisi gedir”, hər iki əlini istifadə etməli olur.

Yazarlar Navalnını əvvəlki görüşlərə baxanda daha əsəbi olduğunu, sifətinin nazildiyini, bədəninin daha möhkəm təsir bağışladığını yazırlar.

Navalnı fiziki durumu üzərində çox dayanmayıb, bu müsahibənin Almaniyada götürüldüyünü “vacib” adlandırıb, çünki bu ölkə onun “həyatını xilas edib”. O, tədricən özünə gəldiyini vurğulayıb, “ən vacibi odur ki, zehni qabiliyyətim bərpa olunub”, – deyə söyləyib.

***

Kremlin tənqidçisi Aleksey Navalnı Almaniya dərgisinə deyib ki, onun şübhəli zəhərlənməsi arxasında Rusiya Prezidenti Vladimir Putin dayanıb, amma o qorxmur. Bu haqda “Reuters” yazır.

Navalnı avqustda Rusiyada təyyarədə xəstələnib, bir neçə gün sonra Berlinə aparılıb, “Charite” xəstəxanasında müalicə olunub. Almaniya onun Noviçok sinir qazıyla zəhərləndidiyini bildirib. Siyasətçi sentyabrda xəstəxanadan buraxılıb.

“Başqa versiyam yoxdur”

“Mən bu cinayətin arxasında Putinin dayandığını iddia edirəm və baş verənlərlə bağlı başqa versiyam yoxdur”, – Navalnı “Der Spiegel”ə deyib. Onun müsahibəsindən bir hissə yayılıb, tam mətnin bu gün axşam dərc olunacağı gözlənir.

Qərb insidentlə bağlı Kremldən izahat tələb etsə də sonuncu cinayətə dəlil görmədiyini bildirib.

“Heç bir ağrı hiss etmirsən, ancaq bilirsən ki, ölürsən”, – Navalnı sinir qazının ona təsir göstərməyə başladığı anı belə təsvir edib.

Müxalifətçi Rusiyaya qayıdacağını bəyan edib: “İndi mənim qarşımda duran tapşırıq qorxusuz olmaqdır. Mən qorxmuram!”

Navalnının Almaniyaya aparılmasına yardımçı olmuş siyasi fəal sentyabrın 24-də deyirdi ki, müxalifət liderinin özünə gəlməsi azı bir ay çəkəcək. Onun Rusiyaya qayıdaraq siyasi fəaliyyətini bərpa edəcəyinin də aydın məsələ olduğunu vurğulayırdı.

XS
SM
MD
LG