Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Tükənmişliyi necə sağaltmalı


Tükənmişlik sindromu
Tükənmişlik sindromu

2010-cu ildə Kreyq Foster işdən son dərəcə yorulmuş, yuxusu pozulmuş, ən çox sevdiyi şeylərə, o cümlədən sevimli peşəsinə - rejissorluğa marağını itirmişdi. Foster tükənmişdi. Onun radikal dəyişikliyə ehtiyacı vardı.

Ekstremal dəyişiklik mütləqdirmi?

Foster bu dəyişikliyi uşaqlığının "iyun meydançası"nda – Cənubi Afrikanın ən cənub ucunda yerləşən "Tufanlar burnu" adlı yerdə tapıb. Bu maraqlı yerin üst qatında qayalara çırpılan dalğaları və bulanıq axınları görmək olur. Daha dərin qatlarsa qonur yosun meşələri və qeyri-adi varlıqlarla doludur. Nəticədə hazırda "Netflix"də yayımlanan "My Octopus Teacher" filmi ərsəyə gəlib. Foster bu filmi çəkən zaman bir il ərzində hər gün dənizin dərinliklərinə enərək buranın ekosistemini öyrənib və bir oktapodla (səkkizayaq) dostlaşıb.

Beləliklə Foster həyatının yeni mənasını tapıb və, eyni zamanda, hit sənədli film ərsəyə gətirib. Film artıq çoxsaylı mükafatlara layiq görülüb. Bu da sizə tükənmişlik sindromundan müalicə.

Bəs görəsən, biz Fosterin təcrübəsindən nə öyrənə bilərik? Tükənmişlik sindromundan qurtulmağın ən yaxşı yolu nədir? Bu nə qədər çəkir? Ekstremal dəyişiklik mütləqdirmi?

BBC yazır ki, cəmi 10 il bundan əvvəl tükənmişlik çox tanınmayan psixoloji termini di. İnsanları fiziki və emosional tükənməyə məruz qoyan xroniki stress ideyasına xəbərlərdən çox psixologiya sahəsində yazılan elmi məqalələrdə rast gəlmək olardı. Ancaq son illər bu hal çox adiləşib və hətta ÜST tərəfindən tanınıb.

Təcrid amili

Artıq siyasi, fitness, Zoom, münasibət, valideynlik, yaradıcı və hətta videooyun tükənmişliyi kimi anlayışlar meydana çıxıb. Hətta Silikon Vadisinin sahibkarları və sosial media influenserləri də bu halı yaşayırlar. Məqalədə deyilir ki, evdən işləməyin bu halı daha da dərinləşdirə biləcəyinə dair eyhamlar var. "Monster" iş axtarışı saytının iyulda keçirdiyi sorğunun nəticələrinə görə, işçilərin 69%-i evdən işlədikləri zaman tükənmişlik simptomları hiss etməkdədir. Bu isə daha iki ay əvvəl keçirilən sorğunun nəticələrindən 35% çoxdur.

Tükənmişlikdən sağalma hekayələrinin çoxu Fosterin hekayəsinə bənzəyir. Kimsə "həqiqət"i kəşf edərək həyatını kökündən dəyişdirir, kimsə iş və ya karyerasını, yaşadığı ölkəni, həyat partnyorunu dəyişir, kimsə özünə yeni məşğuliyyət tapır.

Dramatik dəyişikliklər bəzi insanlar üçün faydalı ola bilər. Ancaq bu sahədə bir neçə tədqiqatın həmmüəllifi, Finlandiyanın Yuvyaskyulya Universitetindən doktorluğa namizəd Stela Salminen öz araşdırmalarında sağalanları birləşdirən bir amili aşkarlayıb. Bu amil nəzarəti öz əlində saxlamaq hissidir. Salminen 2015-ci ildə tədqiqat zamanı tükənmişlikdən əziyyət çəkən və bununla bağlı reabilitasiya kursuna gedən12 nəfərlə danışıb. İştirakçıların üzləşdiyi tükənmişliyin dərinliyi həm kurs zamanı, həm də yeddi ay sonra dəyərləndirilib.

Rifaha nəzarət etmək

Təhlil nəticəsində bu sindromdan sağalanların öz rifahları üzərində nəzarətə malik olduqlarını kəşf etməsi aşkarlanıb. Yuxu vərdişlərində düzəliş etmək, işlə qeyri-iş vaxtı arasında aydın sərhəd qoymaq bizi əhatə edən mühiti nəzarətdə saxlamağın bəsit yollarındandır. "Nəzarət hissi olan insanlar iş yerində lazımi addımlar atır, ailələrində zəruri dəyişiklikləri edir, öz qayğısına qalır və öz məhdudiyyətlərini daha yaxşı anlayır", – Salminen deyir.

Bu vəziyyətdən xilas olmağın yollarından biri tükənmişlik reabilitasiyası proqramında iştirakdır. Bu, bahalı retrit də ola bilər, adi onlayn kurs da. Belə proqramlar insanlara öz həyatlarını daha produktiv məcraya salmaq üçün yenidən dizayn etməyə kömək edir.

Digər üsul həyatın başqa bir aspektini nəzarətdə saxlamaq, məsələn, daha çox idman etmək, yaxud yeni hobbiyə başlamaq ola bilər. Rəssamlıq proqramları ilə tanınan, yaxın zamanlarda isə həm də YouTube-da məşhurlaşan mərhum rəsm müəllimi Bob Ross tez-tez belə deyirdi: "Xoşlamadığınız şeyi dəyişin. Bu, sizin dünyanızdır".

Salminen deyir ki, sağalmaq üçün ilk addım dəstək tapmaqdır. Bu dəstək fərqli yerlərdən gələ bilər. Bu, həkim, yaxud psixoloq da, ailə üzvləriniz də, həmkarlarınız da ola bilər. Bu insanlar sizin motivasiyanızı və özünüzə münasibətinizi yaxşılaşdırmağa kömək edə bilər.

XS
SM
MD
LG