Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:20

Sərhəd dəqiqləşdirilməsi: Azərbaycan 74-cü, Ermənistansa 70-ci ilin xəritəsini əsas götürür


Vorotan kəndi, 11 noyabr 2013
Vorotan kəndi, 11 noyabr 2013

«Azərbaycanlılar Şurnuxa gəldilər və çox sürətlə yer üzərində iş aparıb getdilər. Yolun aşağı hissəsində bizim 11 evimiz var, lap axırıncı, 12-ci ev mübahisəli hesab olunur. Söhbət 11 evdən gedir, sakinlər o evləri boşaltmalıdılar”. Bunu AzadlıqRadiosunun erməni xidmətinin müxbiri ilə söhəbtində Gorus merinin müavini İrina Yolyan deyib.
Onun dediyinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Vorotan və Şurnux kəndlərindəki onlarla ev Azərbaycan tərəfə qalır.

Belə bir problemin Vorotan kəndində yarandığını deyən Yolyanın sözlərinə görə, bir neçə gündür ki, tərəflər arasında kəndin yuxarı hissəsindəki evlərin kimin tərəfində qalacağı ilə bağlı mübahisə gedir.

«Biz Vorotan kəndindəki vəziyyətlə bağlı neçə gündür daimi siqnal veririk ki, düşmənlər hətta erməni torpağında tikilən və heç vaxt Azərbaycan ərazisi olmayan evi tələb edirlər. Amma çox təəssüf ki, bu gün biz görürür çox adam təsdiq edir ki, bu tikililər və ev düşmənin ərazisində tikilib. Sənəd və sübutlar var, biz həmişə deyirik, siqnal veririk, indiyə qədər hər hansı nəticəyə nail ola bilməmişik” deyə Görus merinin müavini vurğulayır.

Məlumata görə, Vorotan kəndində mübahisə predmeti olan ev kənd icra nümayəndəsinin qardaşına məxsusdur. AzadlıqRadiosuna müsahibəsində kənd icra nümayəndəsi Suren Ohancanyana bir neçə gündür ikimərtəbəli binaya daxil ola bilmədiklərini bunun üçün icazə almalı olduqlarını deyir.

“Biz sərhədçilərimizə, sərhədçilərimiz Rusiya sərhədçilərinə, ruslar da Azərbaycan sərhədçilərinə..."

“Biz sərhədçilərimizə, sərhədçilərimiz Rusiya sərhədçilərinə, ruslar da Azərbaycan sərhədçilərinə deyirlər ki, onlar evə gəlməyə və əşyaları götürməyə bizə icazə versinlər. İndi bu bina neytraldadır, nə sizin, nə bizim”

Kənd icra rəhbərinin dediyinə görə, onların əllərindəki 1970-ci il xəritəsinə görə, kənd Sovet Ermənistanın ərazisi sayılır, amma bütün bunlara baxmayaraq azərbaycanlıları hələ də buna inandıra bilməyiblər.

«İndi türklər (azərbaycanlılar )gəliblər və deyirlər: bu bizimdir. Dəqiqləşdirmələr gedir. Biz xəritə tapmışıq, bizdə sənədlər var. İndi dəqiqləşdirmə gedir, qeyri-müəyyən vəziyyətdir. Bu xəritə 70-ci illərin xəritəsidir, orda görünür ki, bu ərazi Ermənistanın ərazisi hesab olunur. Onlar 74-cü ilin xəritəsinə baxırlar, 74-cü ilin xəritəsinə görə, bu ərzilər Azərbaycanın ərazisi hesab edilir, GPS-in köməyi ilə müəyyənləşdirirlər.
Kənd icra rəhbərinin dediyinə görə, indi onların əlindəki xəritə Rusiya sərhədçiləri vasitəsi ilə Azərbaycan tərəfə verilməlidir. Dediyinə görə, təkcə onun qardaşının evi deyil, daha ona yaxın tikili mübahisəli ərazidə yerləşir.

“Yuxarıda bir bağçılıq müəssisəsi var, insanlar çoxdan evlər tikiblər, 10-11 ev, dəqiq deyə bilmərəm, saymadım, onlar da bu ərazidədir”.

"...suallar vətəndaşların maraqları baxımından ortaya çıxsa..."

Nikol Paşainyan, arxiv foto
Nikol Paşainyan, arxiv foto

Hökumətin iclasında Ermənistanın baş nazir Nikol Paşinyan, Sünik bölgəsindəki (Zəngəzur-azərb.)sərhəd nöqtələrinin yerləşdirilməsinə dair işlərə toxunaraq, yerdəki işlərin müəyyən nüans və çətinliklərlə müşayət olduğunu deyib. Baş nazir bu işin bütövlükdə Ermənistanın təhlükəsizliyini təmin etmək baxımından lazım olduğunu vurğulayıb. Ermənistan ərazisindən güzəşt olmadığını deyən Paşinyan müəyyən suallar yarana biləcək iki yaşayış məntəqəsi olan Vorotan və Şurnux kəndlərindəki vəziyyətə toxunub.

"Sərhədlə əlaqəli, gündəlik işlərin aparıldığı, ağrılı vəziyyətlərə səbəb ola biləcək müəyyən məsələlər var, amma sizi əmin edirəm ki, suallar vətəndaşların maraqları baxımından ortaya çıxsa, hökumət tam kompensasiya təklif edəcək və vətəndaşlarımızın maraqları tam qorunacaqdır." , - deyə Paşinyan bildirib.

XS
SM
MD
LG