Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:14

Rusiya vaksini Avropada ixtilaf yaradıb


Emmanuel Makron
Emmanuel Makron

Avropa, Rusiya və Çinin koronavirus infeksiyasına qarşı vaksinlərin vasitəsilə nüfuz qazanmaq cəhdlərinə görə “yeni tipli dünya müharibəsi” ilə üz-üzədir.

Bu barədə bəyanatı Fransa prezidenti Emmanuel Makron martın 26-da Avropa İttifaqı videosammitinin birinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransında verib.

Makron deyib ki, belə bir şəraitdə Avropa İttifaqı COVID-19-a qarşı vaksin istehsalı məsələlərində müstəqil olmalıdır.

O deyib ki, Avropa yayadək kollektiv immunitetin yaranması üçün kifayət qədər vaksin istehsal edə biləcək.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiyanın Sputnik V vaksininin başqa ölkələrə kömək yox, təbliğat vasitəsi olduğunu vurğulayıb.

Bundan əvvəl Fransa XİN-in nümayəndəsi Kleman Bon bildirmişdi ki, Fransa iyun ayında Rusiyanın Sputnik V vaksinindən istifadə edəcəyini istisna etmir.

Sputnik V vaksini hələlik Avropa İttifaqı drəman preparatları agentliyi tərəfindən təsdiq olunmayıb.

Rusiya vaksini ixtilaf yaradır

Buna baxmayaraq ittifaqın bir sıra ölkələri bu vaksini müstəqil şəkildə almaq barədə qərar qəbul ediblər.

Slovakiyada belə bir qərar siyasi böhrana səbəb olub.

Martın 25-də Sputnik V vaksininin, onun hələ Avropa İttifaqı tərəfindən təsdiq olunmamasına baxmayaraq alınmasına Almaniya çağırmışdı.

Bu həftənin əvvəllərində Avropa İttifaqının daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton demişdi ki, ittifaqın Rusiya vaksininə ehtiyacı yoxdur.

O qeyd etmişdi ki, Avropa İttifaqının ehtiyacları üçün indiyədək təsdiqlənmiş dörd vaksin tamamilə kafidir.

Avropa İttifaqı bir sıra ölkələrdə yoluxmaların artmasına baxmayaraq vaksinasiyanı ləng həyata keçirdiyinə görə tənqid olunur.

Eyni zamanda Avrokomissiyanın rəhbəri Ursula von der Leyen Avropanın bütün dünyada ən çox vaksin ixrac edən ərazi olduğunu bəyan etmişdi.

Ötən ilin dekabr ayından bəri Avropa İttifaqı 77 milyon doza vaksin ixrac edib. Amma Avropa İttifaqının özündə hələki 62 milyon dozadan istifadə olunub.

Bütünlükdə Avropada vaksinin hər iki dozası ilə 18 milyon nəfər peyvənd olunub.

XS
SM
MD
LG