Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:27

Paşinyan: 'Ola bilməz ki, onlar bizə yol açsınlar, biz onlara açmayaq' (VIDEO)


Paşinyanın "qonşuları düşmən görməyək" çağırışı Qafqaza nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Paşinyanın "qonşuları düşmən görməyək" çağırışı Qafqaza nə vəd edir?

“Bu yeni situasiyada biz vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri baş nazir Nikol Paşinyan martın 28-də Armavir vilayətinə səfəri zamanı deyib.

Baş nazir deyib ki, bugün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir.

Paşinyan bildirib ki, elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir.

“Biz regiona baxışımızı dəyişməliyik...”

O habelə dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara getmək lazım gələcək:

“Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar, Azərbaycandan keçir. Biz burda başa düşməlik: Elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin”.

Paşinyan daha sonra millətlərarası münasibətlərdən bəhs edib:

“Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik. Hə deyirlər və biz də bilirik ki, bizim bu regionda düşmənlərimiz var. Amma hər halda gəlin etiraf edək: biz başqalarını nə qədər çox düşmən hesab eləsək, bizim özümüzü də bir o qədər düşmən hesab edəcəklər”.

Ermənistan baş naziri əlavə edib ki, ölkə üçün əlverişli şərait yaratmaq lazımdır, amma region da Ermənistana öz baxışını dəyişməlidir.

XS
SM
MD
LG