Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Pandemiya əmək bazarını necə dəyişir – Qərb mediası


Sarayevoda çörək sexinin işçiləri etiraz aksiyası keçirir, arxiv fotosu
Sarayevoda çörək sexinin işçiləri etiraz aksiyası keçirir, arxiv fotosu

“Bir qrup adam pijamasını dəyişməyərək evdə qalıb, digərləri isə ölümlərinə səbəb olan iş yerlərinə üz tutub”

Əmək bazarları Covid-19-un öhdəsindən gözlənildiyindən daha yaxşı gəliblər, amma həm də dəyişiblər. “The Economist” dərgisi işin gələcəyinə dair xüsusi hesabatında bu haqda yazır.

Dərgi bir il öncə iş yerləri ilə bağlı rəqəmlərin ürəkaçan olmadığını qeyd edir. Zəngin dünyada işsizlik 5 faizdən 2020-ci ilin aprelində 9 faizə qalxdı. Amerikada bir ayın içində işsizlik 4%-dən 15%-ə yüksəldi. OECD 2020-ci ilin iyununda bədbin proqnozlar açıqladı. İlin sonuna pandemiyanın ikinci dalğası gəlsə, işsizlik 12.6%-ə yüksələcək, bu ilin ikinci yarısınadək 10%-dən aşağı düşməyəcəkdi.

Amma ötən ilin sonuna işsizlik 6.9% idi, yəni OECD-nin proqnozunun yarısı qədər.

Məqalədə rəsmi datadan isifadənin bəzən o qədər də düzgün olmadığı vurğulanır. Məsələn, Avstraliya, Yaponiya, xüsusilə Avropada hökumətlər məzuniyyətə buraxma metodundan istifadə etdilər. Yəni, adamlar işləməsələr də, işlə təmin olunmuş sayıldılar. “The Economist” Avropada kölgə işsizliyinin 2019-cu ildə 7%-dən 2020-ci ilin ikinci rübündə 20%-ə yüksəldiyini ortaya çıxarıb.

Gün ərzində pijama geyinə bilməyənlər

“The Economist” başqa bir məqaləsində pandemiyadan ən çox itirənlərdən söz açır. “Covid-19 yoxsulların və gücsüzlərin xəstəliyidir”, yazan dərgi söhbətin pandemiya zamanı işi həyati əhəmiyyətli sayılan qruplardan bəhs edir. Onların çoxu elə xəstəliyin qurbanına çevrilirlər.

Buraya ərzaq, istilik, nəqliyyat və əlbəttə ki, tibb işçiləri daxildir. “Həyati əhəmiyyətli işlərdə çalışanlar əsasən etnik azlıqların təmsilçiləridir. Onların maaşı da nisbətən azdır... Britaniyada belə bir işçinin orta əməkhaqqısı digər işçilərdən 8% azdır”, – dərgi yazır.

Beynəlxalq Valyuta Fondundan qlobal iqtisadiyyatla bağlı xoş proqnoz
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Torontoda aparılmış bir araşdırmaya görə, həyati əhəmiyyətli işlərdə çalışanlar arasında ölüm sayı digərlərindən iki dəfədən də artıq olub. Yaxud Kaliforniyada çörəkçilər arasında virus səbəbindən ölüm 50%, aşpazlar arasında 60% artıb.

“Bir qrup adam pijamasını dəyişməyərək evdə qalıb, digərləri isə ölümlərinə səbəb olan iş yerlərinə üz tutub”, – məqalədə vurğulanır.

İndiyədək dünyada koronavirus pandemiyasına 134 milyondan çox yoluxma, 2.9 milyon ölüm aşkarlanıb.

XS
SM
MD
LG