Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:14

'Super Liqa' iflas edir?


İllüstrativ foto
İllüstrativ foto

Avropa çempionatını idarə edən UEFA-nın prezidenti isə aprelin 21-də deyib ki, qurumun “birliyi bərpa olunacaq”

Aprelin 21-də digər komandalar da Britaniya klublarına qoşularaq Avropa Super Liqa (ASL) planlarından geri çəkiliblər.

Aprelin 21-də Atletiko Madrid və İnter Milan da təklif olunan liqadan çıxıb. Hazırda liqada real Madrid, Barselona, İtaloyanən AC Milan və Yuventus komandalarını qaldığı bildirilib.

Yuventusun Prezidenti Andrea Agnelli də aprelin 21-də deyib ki, “açıq və səmimi desəm, yox, belə alınmayacaq”.

***

Boris Conson Premyer Liqa klublarının qərarını alqışlayır

Britaniyanın Baş naziri Boris Conson Premyer Liqanın altı klubunun qalmaqallı elit “Super Liqa” oyunlarına dəstəkdən əl çəkməsini alqışlayır. Super Liqanın məqsədinin Avropada futbolu silkələmək olduğunu bildirirdi, amma yeni yaranmış qurum tənqid olunurdu.

İki gün öncə Britaniya klubları, o cümlədən Mançester Yunayted, Arsenal və Çelsi İspaniya və İtaliya komandaları ilə birlikdə liqaya qatılacaqlarını açıqlayıblar. Aprelin 20-də isə bu qərardan çəkildikləri elan olunub.

Madriddə yerləşən Avropa Super Liqası (ESL) aprelin 18-də Britaniya klubları daxil olmaqla 12 ulduz- klubun iştirakı ilə təsis olunduğunu bəyan edib.

Sanksiya hədəsi

Futbol üzrə Avropa və dünya qurumları – UEFA və FIFA isə rəqib liqaya qoşulanları qadağa və sanksiyalarla hədələyib.

Azarkeşlər, oyunçular, menecerlər Super Liqaya etirazlarını dilə gətiriblər.

“Ötən gecəki açıqlamanı alqışlayıram. Bu, ölkə boyunca futbol azarkeşləri, klublar və icmalar üçün düzgün nəticədir. Əziz milli oyunumuzu qorumalıyıq”, – Conson aprelin 21-nə keçən gecə deyib.

İndi Super Liqada İspaniyanın 3 və İtaliyanın üç komandası qalıb. Real Madrid də onların sırasındadır. Bu klubun prezidenti Florentino Perez yeni liqanın yaradılmasına əsas rol oynayıb.

Britaniya klublarının qərarından, aprelin 20-də gecə toplantısından sonra Super Liqa bəyanatında layihəni “yenidən nəzərdən keçirmək” üçün fasilə verəcəyini, amma ləğv olunmayağını bildirib.

Liqa Britaniya klublarına “təzyiq” olunduğunu deyib, iddia edib ki, “Avropa futbolunun hazırkı status kvosuna dəyişiklik lazımdır”.

UEFA-nın “birliyi bərpa olunacaq”

Yuventusun Prezidenti Andrea Agnelli iclasdan öncə deyirdi ki, Super Liqa işinə davam etməlidir, istədiyinə nail olacaq.

Avropa çempionatını idarə edən UEFA-nın prezidenti isə aprelin 21-də deyib ki, qurumun “birliyi bərpa olunacaq”.

“Dünən deyirdim ki, səhvini etiraf etmək gözəl işdir və bu klublar böyük səhv elədilər”, – UEFA Prezidenti Aleksandr Ceferin söyləyib.

Mançester Siti, Liverpul və Totenhem Hotspur Premyer Liqadan çıxacaqlarını demişdilər.

“Bəzi klubların Avropa Super Liqası planlarından əl çəkməsini alqışlayırıq. Bu liqa bütünlükdə futbol piramidasına təhdid yaradırdı”, – İngiltərənin futbol assosiasiyası bildirib.

XS
SM
MD
LG