Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:08

İsrail-Fələstin qarşıdurması səngimək bilmir (Video)


Qəzza zolağı İsrailin hava zərbələri zamanı
Qəzza zolağı İsrailin hava zərbələri zamanı

İsrail xəbər verir ki, onun hava zərbələri nəticəsində Həməsin silahlı qoluna aid 16 döyüşçü öldürülüb.

Eyni zamanda mayın 12-də Fələstin silahlıları İsraili raketlərlə atəşə tutublar.

Bu arada Vaşinqton iki tərəf arasında son illərin ən kəskin gərginliyini aradan qaldırmaq üçün bölgəyə xüsusi nümayəndəsini göndərəcəyini deyib.

Ölənlərin arasında 14 fələstinli uşaq da var. İsrail tərəfdən 6 nəfərin öldüyü xəbər verilib.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, islamçı Həməsin verdiyi itkilər arasında Qəzza şəhərinin briqada komandanı da var:

"Bu hələ yalnız başlanğıcdır. Biz onları heç ağıllarına gəlməyən bir şəkildə vuracağıq”.

Həməs komandanlarından birinin öldürülməsi barədə bəyanatdan dərhal sonra İsrailin Aşdod şəhəri raket atəşlərinə tutulub.

Həməs briqada komandanının və “başqa lider və müqəddəs döyüşçülərin” həlak olduqlarını təsdiq edib.

İsrail və fələstinlilər arasında baş verən toqquşmalarda azı 46 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

14 mərtəbəli bina dağıdılıb

Bu da xəbər verilir ki, mayın 12-də İsrail təyyarələri Qəzza şəhərindəki 14 mərtəbəli binaya iki bomba atıb və bina tamamilə dağılıb.

Bu binada biznes ofisləri ilə yanaşı Həməsin əl-Əqsa pekt televiziyası yerləşirdi. Bina şəhərin Roma hissəsində, izdihamlı ticarət küçələrindən birində yerləşdirdi.

Həməs bəyan edib ki, buna cavab olaraq İsrail ərazisinə 130 raket atılıb.

İsrail artıq Qəzza ilə sərhəddə yerləşdirilən tankların mövqelərini gücləndirmək üçün buraya daxili qoşun əsgərlərini və zirehli texnikanı göndərib.

Fələstin mənbələrindən biri xəbər verir ki, Misir, Qatar və BMT-nin atəşkəs səyləri hələki nəticə vermir.

ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləyir

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, o İsrail və fələstinlilər arasında gərginliyin aradan qaldırılması səyləri üçün köməkçisi Hadi Əmri bölgəyə ezam edir.

Blinken bunu da bildirib ki, İrsail özünü müdafiə etmək üçün “müstəsna” haqqa malikdir, lakin o həm də günahsız fələstinlilərin müdafiəsi üçün addımlar atmalıdır.

Dövlət katibi bəyan edib ki, İsrail mülki əhali arasında itkilərin baş verməməsi üçün imkanındakı bütün vasitələrdən istifadə etməlidir.

ABŞ müdafiə naziri Lloyd Ostin də İsrailin özünümüdafiə üçün legitim hüquqa malik olduğunu deyib.

İsrailin müdafiə naziri Beni Qantz isə deyib ki, bölgədə uzunmüddətli sakitliyin bərqərar edilməsi üçün Həməs üzərinə zərbələr davam etdirilməlidir.

Hazırda baş verən toqquşma Qəzza zolağında 2014-cü ildən bəri ən qanlı qarşıdurmadır.

XS
SM
MD
LG