Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:12

Lavrovla Blinken Qarabağdan da danışıblar


Entoni Blinken (solda) və Sergey Lavrov
Entoni Blinken (solda) və Sergey Lavrov

“Interfax” xəbər verir ki, Lavrov Moskvanın təklif olunan sammitə razılaşıb-razılaşmaması haqda suala cavab verməyib

Kreml Vaşinqtonla münasibətlərdə ‘pozitiv siqnallar’dan danışır

Kremlin mayın 20-də bildirməsinə görə, ABŞ və Rusiyanın aparıcı diplomatlarının konstruktiv danışıqları iki ölkə liderinin potensial sammitinin keçirilməsi üçün “pozitiv siqnal”dır.

Hökumətin sözçüsü Dmitri Peskov mayın 20-də bildirib ki, Lavrovla Blinkenin danışıqları Moskvanın sammitin mümkünlüyü üzrə qərar verməsinə kömək edəcək.

Jurnalistlərlə telekonfrans vasitəsilə danışan Peskovun sözlərinə görə, Moskva danışıqların təhlil edəndən sonra Putin Baydenlə görüşüylə bağlı qərar verəcək.

O, Birləşmiş Ştatların Rusiyayla Almaniya arasındakı Şimal axını-2 layihəsinə sanksiya tətbiq etməmək qərarını da alqışlayıb.

***

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə 19 may görüşü “konstruktiv” keçib, ancaq iki ölkənin dünyaya baxışında “ciddi fikir ayrılıqları” var.

İslandiya paytaxtı Reykyavikdə görüşdən öncə Lavrov deyirdi ki, Soyuq müharibə düşmənlərinin münasibətləri üçün yolların müəyyənləşdiriləcəyinə ümid edib. Amma ABŞ rəsmisi görüşün işgüzar və məhsuldar keçdiyini, ciddi dönüş olmadığını deyib. Onun sözlərinə görə, növbəti həftələr və illər ərzində Moskvayla Vaşinqtonun münasibətləri üzərində iş davam edəcək.

ABŞ-da Co Bayden yanvarda prezident kürsüsünə keçəndən ilk dəfəydi iki ölkənin baş diplomatları bir araya gəlirdi. Toplantı ikigünlük Arktika Şurası çərçivəsində gerçəkləşib.

“Rusiyanın mövqeyi sadədir”

Lavrovla Blinkenin müzakirə etdiyi məsələlər sırasında Rusiyanın Ukrayna ərazisinə və ətrafına hərbi qüvvə yığması, Ermənistanla Azərbaycanın münaqişəsi, Rusiyanın saxladığı iki ABŞ vətəndaşının azadlığa buraxılması, iki ölkə prezidentinin təklif olunan sammiti yer alıb.

“Interfax” xəbər verir ki, Lavrov Moskvanın Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında təklif olunan sammitə razılaşıb-razılaşmaması haqda suala cavab verməyib. Amma deyib ki, o və Blinken mümkün görüşlə bağlı təkliflər hazırlayacaqlar.

ABŞ Dövlət Departamenti isə Blinken-Lavrov görüşüylə bağlı bəyanatında mümkün sammitdən söz açmır. Birləşmiş Ştatlar rəsmisinin deməsinə görə, Blinkenlə Lavrov mümkün sammitin tarixini elan etməyi Kreml və Ağ evin öhdəsinə buraxıblar.

Lavrov deyib ki, Rusiya və Birləşmiş Ştatlar “maraqlarımızın kəsişdiyi sahələrdə” əməkdaşlıq etməlidirlər və Rusiyanın mövqeyi sadədir: “Biz istisnasız bütün məsələlərin müzakirəsinə hazırıq, bir şərtlə ki müzakirə səmimi keçsin, faktlar masaya qoyulsun, qarşılıqlı hörmət əsasında aparılsın”.

Dövlət katibinin qaldırdığı məsələlər

Blinken isə Rusiyada saxlanmış iki ABŞ vətəndaşı və keçmiş dəniz piyadaları Pol VelanTrevor Ridin buraxılması məsələsini qaldırıb. Rid polis əməkdaşına hücumda, Velan isə casusluqda ittiham olunurlar. Bu açıqlamanı departamentin sözçüsü Ned Prays verib.

Dövlət katibi Rusiyanın Ukrayna ilə sərhədə hərbçi yığmasını, həbsdə olan müxalifətçi Aleksey Navalnının səhhəti və hökumətin Amerikanın Səsi və AzadAvropa/AzadlıqRadiosu-na qarşı addımlarına toxunub. Rusiya bir müddət öncə hərbçilərini geri çəkdiyini açıqlayıb.

Blinken qeyd edib ki, Bayden “Rusiya ilə proqnozlaşdırılan və sabit münasibət” istəyir. Onun sözlərinə görə, iki ölkə koronavirusla mübarizə, iqlim dəyişikliyi, İran və Şimali Koreyanın nüvə proqramları, Əfqanıstanda müharibə məsələlərində birlikdə işləyə bilərlər.

“Düşünürük ki, bu, xalqımızın, Rusiya xalqının, bütün dünyanın xeyrinədir”, – Blinken deyib.

XS
SM
MD
LG