Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Rusiya da Belarusdan yan uçan təyyarələri qəbul etmir


Mayın 26 və 27-də Avropa hava şirkətlərinin bir neçə reysi üzrə uçan təyyarələrin Rusiya hava məkanına girişinə icazə verilməyib.

Səbəb bu təyyarələrin Belarus hava məkanından imtina etməsi və ondan yan keçməsi olub.

Mayın 23-də Ryanair hava yolları şirkətinin Afinadan Vilnüsə uçan təyyarəsi guya bomba təhlükəsi ilə bağlı Belarus hərbi qırıcılarının müşayiəti ilə məcburən Minskə endirilmiş, təyyarədən bomba tapılmasa da sərnişinlərdən ikisi həbs olunmuşdu.

Bunlar Belarus lideri Alyaksandr Lukaşenkanın qatı tənqidçisi, bloger Roman Protaseviç və onun sevgilisi idi.

Bu hərəkətə etiraz olaraq Avropa İttifaqı Qərbin bütün aviaşirkətlərini təyyarələrini Belarus üzərindən uçurmamağa çağırmışdı.

Fransa və Avstriya şirkətlərinin Moskva reysləri ləğv olunub

Xəbər verilir ki, mayın 26-da Fransanın AirFrance hava şirkətinin AF1154 Paris-Moskva reysinin marşrutunun dəyişdirilməsi barədə ricasına Rusiyadan rədd cavabı verilib.

Şirkət Moskvaya yaxın günlərdəki uçuşlarını ləğv etməyib, amma mayın 27-də Moskvaya uçmalı olan sərnişinləri Aeroflotun təyyarəsinə yerləşdiriblər.

Mayın 27-də Avstriya hava yolları şirkətinin Vyanadan Moskvaya uçan reysi də ləğv olunub.

Bu dəfə də Moskva təyyarənin Belarusdan yan ötən marşrutu ilə razılaşmayıb.

Interfax agentliyi bildirir ki, sözü gedən reyslər çarter reysləri olub, beləki Rusiyadan Avstriya və Fransaya pandemiyaya görə dayandırılmış müntəzəm reyslər hələ bərpa olunmayıb.

Məhz bu səbədən də çarter reyslərinin hər biri ayrıca olaraq Rusiyanın mülki aviasiya rəsmiləri ilə razılaşdırılmalıdır.

Marşrutlar dəyişdirilir

Reuters xəbər verir ki, Avropanın aviaşirkətləri mayın 25-dən etibarən Belarus üzərindən uçan reyslərinin marşrutlarını dəyişməyə başlayıblar.

Avropanın mülki aviasiya tənzimləyicisi mayın 26-da Belarus hava məkanından yan keçmələri üçün bütün dünyanın aviaşirkətlərinə müraciət edib:

"Bu hadisələrlə bağlı yaranmış vəziyyət Belarus hakimiyyətinin beynəlxalq aviasiya qaydalarına riayət etməsinə dair ciddi şübhələr oyadır”.

Qurum Avropada mənzillənən və eləcə də Avropadan kənarda olan və Avropa İttifaqı ərazisinə uçuşlar edən aviaşirkətləri Belarusun hava məkanından istifadə etməməyə çağırıb:

"Minskin hərəkətləri Ryanair aviaşirkətinin reysi üçün yüksək risk yaradıb və Belarusun təhlükəsiz aviaxidmətlər göstərmək qabiliyyətini şübhə altına salıb”.

XS
SM
MD
LG