Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:55

Putin məktəblilərə yenə də ‘tarix dərsi’ keçib


Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Vladivostokdakı Okean ümumrusiya uşaq mərkəzində məktəblilərlə görüşündə tarixi müzakirə etməyi təklif edib
Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Vladivostokdakı Okean ümumrusiya uşaq mərkəzində məktəblilərlə görüşündə tarixi müzakirə etməyi təklif edib

Məktəblilərlə söhbətində Putin bir daha II Dünya Müharibəsi mövzusuna və sovet xalqının qələbəsinə toxunub

Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Vladivostokdakı Okean ümumrusiya uşaq mərkəzində məktəblilərlə görüşündə tarixi müzakirə etməyi təklif edib.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, prezident tarix sahəsində ekspert olmadığını deyib və buna görə də dərs yox, “söhbət” keçirmək istədiyini qeyd edib.

Məktəblilərlə söhbətində Putin bir daha II Dünya Müharibəsi mövzusuna və sovet xalqının qələbəsinə toxunub.

Ötən il sentyabrın 1-də də Rusiya prezidenti açıq tarix dəsrsi bu mövzuya həsr etmişdi.

1 sentyabr – tarixi gün

Sentyabrın 1-i Rusiyada ilk dərs günü olmaqla yanaşı, həm də II Dünya Müharibəsinin başlandığı gündür.

Amma Putin söhbət zamanı bu tarixə toxunmayıb və 1941-ci ildə başlanmış Böyük Vətən Müharibəsindən söz açıb.

Putin deyib ki, SSRİ bu müharibədə qalib gəlməsəydi, bugün dünya tamam başqa olardı.

O əlavə edib ki, sovetlərin qələbəsi olmasaydı, rus xalqı və bütün başqa xalqlar tamam başqa tale yaşayardılar.

Rusiya prezidenti xəbərdarlıq edib ki, “çərənçilərin” müharibə vaxtı daha az qurban vermək üçün Leninqradı almanlara təslim etmək lazım olduğu barədə danışmasına imkan vermək olmaz.

Rusiya iki dəfə dağılmasaydı...

Tarix barədə söhbətini davam etdirən prezident deyib ki, ötən əsrdə Rusiya dövlətçiliyi iki dəfə çöküb.

Onun sözlərinə görə, əgər bu iki hadisə - 1917-ci il inqilabı və SSRİ-nin dağılması baş verməsəydi, bugün Rusiyada 500 milyonluq əhali olardı.

Putin məktəblilərlə internetdən də danışıb. Rusiya prezidneti deyib ki, bugün çox sayda informasiya mənbələri peyda olub, amma burada dərc olunan bütün informasiyalara inanmaq olmaz.

Onun sözlərinə görə bu informasiyaları dərc edənlər “əsl xalis mütəxəssislər” yox, “özlərini belə qələmə verən insanlardır”.

Şagird “müəllimin” səhvini tutdu

Söhbət zamanı məktəblilərdən biri Putindən onun YouTube kanalına yazılmasını istəyib.

Məktəblinin avtoqraf istədiyini zənn edən Putin ondan bir neçə dəfə nə istədiyini soruşub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu mükalimədən sonra 10 yaşlı Yeqorun abunəçilərinin sayı iki dəfə artıb.

Putinin dərsində iştirak edən məktəblilərdən biri “müəllimin” səhvini tutub.

Rusiya prezidenti I Pyotrun İsveçlə müharibəsini “7 illik müharibə” adlandırıb, halbuki bu müharibənin adı “Şimal müharibəsidir” və o 21 il davam edib.

Tarixçi olmadığını desə də...

2014-cü ilin yanvarında Dojd telekanalının keçirdiyi rəy sorğusunda belə bir sual verilmişdi: II Dünya Müahribəsi zamanı sakinlərin həyatını xilas etmək üçün Leninqradı almanlara təslim etmək lazım idimi?

Rusiyanın bir çox siyasətçiləri və ictimai xadimləri sualın bu cür qoyuluşunu “təhqiramiz” saymışdılar.

Bunun ardınca telekanal bütün peyklərdən və kabel operatorlarından çıxarılmış və bağlanmaq təhlükəsi qarşısında qalmışdı.

Bir sıra şərhçilər bildirirdilər ki, telekanalın sıxışdırlmasının arxasında Putinin özü dayanırdı.

Rusiya prezidenti iyulun 1-də yeni qanun imzalayıb. Bu qanun II Dünya Müharibəsində SSRİ rəhbərliyi, SSRİ silahlı qüvvələrinin məqsəd və fəaliyyətlərinin nasist Almaniyasının məqsəd və fəaliyyətləri ilə eyniləşdirilməsini qadağan edir.

Putin tarix mütəxəssisi olmadığını desə də, son illərdə tarix mövzusunda bir neçə iri həcmli məqalələr yazıb.

Rusiya prezidenti bildirir ki, sosial mediadan istifadə etmir və onun bu medialarda hesabı yoxdur.

XS
SM
MD
LG