Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:50

'Əks göstəriş sertifikatı' almaq istəyənlər çoxdur, amma…


Hər 100 müəllimdən 16-sının vaksinə əks göstərişi varmı?
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Hər 100 müəllimdən 16-sının vaksinə əks göstərişi varmı?

Azərbaycanda avqustun 9-dan istifadəsinə icazə verilən vaksinlərə (koronavirusla bağlı) əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ının verilməsinə başlandığı açıqlanıb. Amma şikayətlərə görə, həftələrdir sertifikat almaqdan ötrü müraciət edənlər var və onlara hər hansı cavab verilməyib. Faktiki sentyabrın 1-dən də COVID pasportu, immunitet sertifikatı və "əks göstəriş sertifikatı" olmayanlar iaşə obyektlərin bir çoxuna buraxılmır.

Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, "əks göstəriş sertifikatı"nı almaq üçün vətəndaşlar poliklinikalara müraciət etməlidirlər: "Vətəndaş poliklinikaya lazım olan epikriz və ya digər sənədləri təqdim edir. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa həmin sertifikat verilir".

Saxta COVID pasportu nəyin bahasına başa gəlir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Sertifikat müvəqqəti və daimi olur

Qurumdan qeyd olunub ki, "əks göstəriş sertifikatı" müvəqqəti və daimi olur: "O, hamilə qadınlara, süd verən analara müvəqqəti, ağır allergik reaksiyası olan şəxslərə, peyvəndin birinci dozasından sonra ağır allergik hal baş verənlərə müddətsiz verilir".

Nazirlikdən vurğulanıb ki, kəskin infeksion və xroniki xəstəlikləri kəskinləşənlər, o cümlədən kimyaterapiya müalicəsi alan onkoloji xəstələr də əks göstəriş sertifikatı ala bilərlər.

"Müraciətlərin çoxluğu…"

Qurumdan bildirilib ki, "əks göstəriş sertifikatı"nın verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur: "Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin araşdırılması müəyyən qədər vaxt aparır. Avqustun 9-dan bu gün, sentyabrın 6-na qədər ümumilikdə 300-dən çox müraciətə müsbət cavab verilib və həmin şəxslər artıq "əks göstəriş sertifikatı" alıb".

COVID qadağaları Konstitusiyaya uyğundurmu?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

"Bir binanın bünövrəsi ki, əyri qoyulub…"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə bildirib ki, sistem elə əvvəldən düzgün qurulmayıb: "Bir binanın bünövrəsi ki, əyri qoyulub onun üstündə düz bir şey tikmək çətindir. Lap əvvəldən - baxmayaraq ki, dövlət tərəfindən yetərincə vəsait ayrılmışdı, - hay-küy saldılar, zorla karantin tətbiq etdilər, insanlarda panika yaratdılar, müalicə işini yanlış təşkil etdilər. Ondan sonra bunu düzəltmək çətin məsələdir. İndi "əks göstəriş sertifikatı" ilə bağlı çoxlu müraciətlər var, heç kəsə vaxtında cavab verə bilmirlər və hələ ki, belə də gedir".

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi ekspertlər də hesab edir ki, bu məsələdə müraciətlərə obyektiv cavab verilməsinə də diqqət yetirilməlidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə sentyabrın 6-na kimi ümumilikdə 442 min 872 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 5 min 842-sinin də vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG