Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

Kommunistlər ‘Vahid Rusiya’nın ‘xarici agent’ elan olunmasını tələb edirlər


RFKP bildirir ki, “Vahid Rusiya” partiyasının MSK-nın saytında dərc etdiyi maliyyə hesabatından hakim partiyanın xaricdən maliyyə aldığı görünür

Rusiyada Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Denis Parfyonov Ədliyyə Nazirliyinə və MSK-ya hakim “Vahid Rusiya” partiyasının “xarici agent” funksiyalarını icra edən təşkilat kimi qeydə alınması üçün sorğu göndərib.

Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) bildirir ki, “Vahid Rusiya” partiyasının MSK-nın saytında dərc etdiyi maliyyə hesabatından hakim partiyanın xaricdən maliyyə aldığı görünür:

"Vahid Rusiya partiyasına maddi köməklik göstərən Rusiya şirkətləri ABŞ, Britaniya, Almaniya, İtaliya, Niderland, Kayman adaları, Kipr, Ukrayna kimi, bəziləri hətta Rusiyaya qarşı açıq düşmən mövqe tutan və NATO üzvü olan xarici ölkələrdə yerləşir”.

RFKP göndərdiyi sorğuya “Vahid Rusiya” partiyasını, onun iddiasına görə maliyyələşdirən xarici şirkətlərin diaqramını da əlavə edib.

"Vahid Rusiya" partiyasına maliyyə dəstəyi verən şirkətlərin diaqramı
"Vahid Rusiya" partiyasına maliyyə dəstəyi verən şirkətlərin diaqramı

Kommunistlərə polis təzyiqi

CurrentTime yazır ki, sentyabrın 29-da polislər RFKP Moskva şöbəsinin hüquqşünası Muxammed Bicevi saxlayıblar.

Hüquqşünas Moskvada keçirilmiş elektron seçkinin nəticələrinin saxtalaşdırıldığına dair vəsatəti məhkəməyə təqdim etməliydi.

Lakin Bicev saxlandıqdan sonra onun barəsində tərtib edilmiş protokolda hüquqşünas icazəsiz aksiya keçirməkdə ittiham olunur. Bu qanun pozuntusu 10 sutka həbs nəzərdə tutur.

Rusiya MSK-nın rəsmi məlumatına görə kommunistlər Dövlət Dumasına seçkilərdə mandat sayına görə hakim “Vahid Rusiya” partiyasından sonra ikinci yeri tutublar.

Lakin RFKP Moskvada keçirilmiş elektron səsvermənin nəticələrini tanımayıb və sentyabrın 20-də və 25-də iki etiraz aksiyası keçirib.

Mitinqlər vaxtı saxlanan olmasa da, polis sonradan iştirakçıların evlərinə gəlib.

“Xarici agent” siyahısı uzanır

Sentyabrın 29-da Rusiya Ədliyyə Nazirliyi OVD-İnfo insan haqları layihəsini qeydiyyata alınmamış ictimai təşkilatların “xarici agent” siyahısına daxil edib.

Nazirlik iddia edir ki, bu təşkilat Memorial insan haqları təşkilatından, Avropa Komissiyasından və Beynəlxalq İnsan Haqları Komissiyasından maliyyə dəstəyi alıb.

Bundan başqa xarici agent siyahısına Mediazona saytının baş redaktoru Sergey Smirnov və saytın naşiri Pyotr Verzilovun adları daxil edilib.

OVD-İnfodan başqa “Nijeqorod Alman və Avropa Mədənityyəti” mərkəzi də “xarici agent” siyahısına salınıb.

Rusiyanın xarici agent siyahısına habelə seçkilərə ictimai nəzarət edən “Qolos” assosiasiyasının 20 nümayəndəsinin adları salınıb.

Rusiyada bu ilin əvvəllərindən bəri bir neçə nəşr və təhqiqat layihəsi “xarici agent” elan olunublar.

Bunların sırasında The Insider saytı, Meduza qəzeti, Dojd telekanalı da var.

“Proyekt” saytı “arzuolunmaz təşkilat” elan olunub, “Açıq media” və MBX media qurumları bloklanıb.

XS
SM
MD
LG