Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:03

BMT vaksinə müqavimətli variantların yarana biləcəyini bildirir


BMT-nin baş katibi Antonio Quterres
BMT-nin baş katibi Antonio Quterres

Təşkilat xəbərdarlıq edib ki, vaksinlərə müqavimətli koronavirus variantları çox tezliklə yarana bilər

Dünya Səhiyyə Təşkilatı (DST) bütün planetin peyvəndlənməsi üçün plan hazırlayıb.

Təşkilat xəbərdarlıq edib ki, vaksinlərə müqavimətli koronavirus variantları çox tezliklə yarana bilər.

BMT-nin baş katibi Antonio Quterres DST-nin mətbuat konfransımnda deyib ki, Britaniya və başqa inkişaf etmiş ölkələr vaksin tədarükünü Afrika kimi yerlərdə cəmləşdirməməklə “axmaqlıq” edirlər.

Onun sözlərinə görə bu, koronavirusun yeni növlərinin yaranmasına səbəb olmaqla pandemiyaya qarşı indiyədək görülmüş qlobal təbirlərin nəticəsini heçə endirə bilər.

DST-nin COVID 19-a Qarşı Qlobal Vaksinləməyə Nail Olunması Srtrategiyası adlanan planı 2021-ci ilin sonunadək hər bir ölkədə əhalinin minimum 40 faizinin, 2022-ci ilin ortalarınadək isə 70 faizinin peyvəndləməsini hədəf edir.

Nail olmaq mümkündür

Bu strategiyanın həyata keçirilməsi üçün azı 11 milyard doza vaksinə ehtiyac var.

Ekspertlər bildirirlər ki, bu, vaksinlərin hazırkı qlobal təchizat templəri – yəni aya 1.5 milyard dozanın istehsalı ilə tamamilə realist hədəfdir.

Planda habelə bütün yaşlıların və bütün tibb işçilərinin ilk növbədə peyvənd olunması nəzərdə tutulub.

Quterres deyib ki, “biz virusun da yayılmasına meşə yanğınlarının yayılmasına imkan verdiymiz kimi imkan versək, yeni variantların yaranacağını bilirik”.

“Və biz bilirik ki, belə olarsa, günlərin bir günündə, daha doğrusu günlərin tez bir günündə vaksinlərə müqavimət göstərə bilən variantlar yarana bilər. Belə olduqda inkişaf etmiş ölkələrin vaksinasiya sahəsində göstərdiyi bütün səylər iflasa uğrayar və insanlar müdafiəsiz qalar”.

“Nəinki mənəviyyatsız, hətta axmaq hərəkət”

Quterres deyib ki, vaksinlərin bərabər paylaşılmaması “nəinki mənəviyyatsız, hətta axmaq hərəkətdir”.

Lakin DST-nin rəhbəri Tedros Adhanom Gebreyesus deyib ki, hazırda 56 ölkədə əhalinin 10 faizi belə vaksinlənməyib.

Onun sözlərinə görə vaksinlərin bərabər paylaşılması pandemiyanın sonunu sürətləndirə bilər.

DST başçısı əlavə edib ki, onun təşkilatı zəngin ölkələri öz təchizatlarını yoxsul ölkələrlə bölüşməyə məcbur etmək səlahiyyətinə malik deyil.

DST bundan əvvəl buster və ya üçüncü doza vaksinin vurulmasına 2021-ci ilin sonunadək moratorium qoyulmasına çağırmışdı.

Təşkilatın müraciətində deyilirdi ki, bu halda vaksinlərin çox sayda peyvənd olunmamış insanlar yaşayan ölkələrə yönləndirilməsini təmin etmək olardı.

XS
SM
MD
LG