Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:19

Fikir ayrılığı: 'Dəhliz' ilə 'nəqliyyat əlaqəsi'nin fərqi


Naxçıvana dəhlizlə bağlı sirlər açılır: Bakı və Yerevan nə edir?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Naxçıvana dəhlizlə bağlı sirlər açılır: Bakı və Yerevan nə edir?

Bəyanatın mətni ortada olsa da, həm Bakıdan, həm də Yerevandan bununla bağlı fərqli yozumlar səslənir

Azərbaycan və Ermənistanda indi ən çox danışılan mübahisə mövzularından biri də Zəngəzur dəhlizidir.

Söhbət əslində Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçən nəqliyat əlaqəsinin yaradılmasından gedir.

Keçən il Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış atəşksə bəyanatında belə nəqliyat əlaqəsinin yaradılması nəzərdə tutulur.

Bəyanatın mətni ortada olsa da, həm Bakıdan, həm də Yerevandan onunla bağlı fərqli yozumlar səslənir.

Bəyanatda deyilir ki:

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Bakı Zəngəzur suallarına aydınlıq gətirdi
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Yerevan “dəhliz” sözünə qarşıdır

Bakıda, prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyir ki, Azərbaycan Naxçıvanla nəqliyat əlaqəsi barədə tələblərində məhz 10 noyabr bəyanatını əldə rəhbər tutur, Ermənistan isə bəyanatda göstərilən MENAƏSİZ hərəkət prinsipini pozaraq Naxçıvan yolunda post qurmaq istəyir:

“Bəyanatda söhbət bundan gedir ki, orda maneəsiz hərəkət yazılıb. Necə təmin edəcəklər bu maneəsiz hərəkəti? Ermənilər oturub bizim hərəkətimizə baxacaqlar sadəcə? Qoy baxsınlar. Amma bu hərəkət maneəsiz olmalıdır. Əgər orda nəzarət məntəqəsi olacaqsa, bu artıq maneəsiz deyil”.

Ermənistan tərəfi həm də Azərbaycan rəsmilərinin “dəhliz” ifadəsini işlətmələrinə qarşıdır. Rəsmi Yerevan bildirir ki, “dəhliz” ifadəsi Ermənistanın ərazi bütövlüyünə təhlükədir.

Üçtərəfli bəyanatın mətnində “dəhliz” yox, “Naxçıvanla nəqliyyat əlaqəsi” ifadəsi işlənir. Fərid Şəfiyev deyir ki, əgər Ermənistan tərəfi “dəhliz” demək istəmirsə, başqa ifadədən də istifadə etmək olar.

O əlavə edir ki, Rusiya ilə birgə nəqliyyat komissiyası da “dəhliz” sözündən istifadə etmir. Amma Fərid Şəfiyev deyir ki, üçtərəfli bəyanata əməl edilməli və Naxçıvana maneəsiz keçid verilməlidir.

Bəyanata görə isə nəqliyyat əlaqəsinin təhlükəsizliyini Rusiyanın sərhəd xidməti qurumları həyata keçirir.

Sənəddə Ermənistan tərəfinin nəzarət keçid məntəqələri barədə heç nə deyilmir.

Laçın dəhlizi kimi?

Ermənistanda siyasi şərhçi Ruben Mehrabyan isə deyir ki, bu, Azərbaycan tərəfinin bəyanatla bağlı subyektiv yozumudur. Onun sözlərinə görə, Ermənistan tərəfi öz ərazisində özü yoxlamalar həyata keçirmək istəyir və bu, heç də maneə deyil və bununla bəyanat pozulmur:

“Siz necə təsəvvür edirsiz? Azərbaycan vətəndaşları ora nəzarətsiz şəkildə silah da apara bilər, narkotik də. Məgər maneəsiz keçid o deməkdir ki, Ermənistan buna göz yummalıdır? Məncə, məsələ bu deyil. Bəli, razılaşmaq olar ki, sadələşdirilmiş keçid olsun - pasport, gömrük və fitosanitar yoxlaması həyata keçirilsin”.

Amma Azərbaycan Ermənistana öz ərazisindən - heç bir nəzarət həyata keçirmədən dəhliz verib. Rusiya, Azərbaycan və Ermənistan liderləri ilə keçən il imzalanmış 10 noyabr bəyanatına görə, Laçın dəhlizi Qarabağın ermənilər yaşayan hissəsi ilə Ermənistanı birləşdirir.

Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında deyib ki, əgər Ermənistan həll etmək istəməsə, Azərbaycan Zəngəzur dəhlizi məsələsini zorla da həll edə bilər.

Müstəqil təhlilçilər isə Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının daha da qızışa biləcəyindən narahatdırlar.

XS
SM
MD
LG