Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:53

İranda yenə də su etirazları var


İsfahanda etiraz aksiyası
İsfahanda etiraz aksiyası

Xəbər verilir ki, İsfahanda etirazlar noyabrın 8-dən başlanıb və bəzi etirazçılar çayın yatağında çadırlar qurub.

İranın böyüklüyünə görə üçüncü şəhəri İsfahanda minlərlə insan su təchizatında kəsintilər və bu şəhərdən keçən çayın quruması ilə bağlı etiraz aksiyasına qoşulub.

Noyabrın 19-da dövlət televiziyası ilə efirə verilən, habelə sosial media platformalaırnda yayılan foto və videolarda adamların Zayəndə çayının yatağına toplaşdığı və “çayımızı qaytarın” şüarları səsləndirdikləri görünür.

Ölkənin birinci vitse-prezidenti Məhəmməd Moxber deyib ki, bu problemlərlə bağlı hökumət müşavirəsi keçirilib, İsfahan və başqa yerlərdə su qıtlığı məsələsi müzakirə edilib.

Xəbər verilir ki, İsfahanda etirazlar noyabrın 8-dən başlanıb və bəzi etirazçılar çayın yatağında çadırlar qurub.

Son illər İran boyunca bir çox yerlərdə belə etirazlar olub.

İyul ayında kəskin su qıtlığı ilə bağlı Xuzistan ostanında zorakı etirazlar keçirilmişdi.

İran Meteoroloji Təşkilatının təxminlərinə görə ölkə ərazisinin 97 faizində bu və ya digər dərəcədə su qıtlığı və quraqlıq yaşanır.

Bəzi tənqidçilər su çatışmazlığı böhranını həm də hakimiyyət orqanlarının səriştəsizliyi ilə bağlayırlar.

XS
SM
MD
LG