Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Moskvada AzadlıqRadiosu-nun üç müxbiri saxlanıb


Moskvada etirazçı
Moskvada etirazçı

Digər media orqanları əməkdaşlarının saxlanması barədə də məlumatlar var. Moskvanın mərkəzinə Milli Qvardiyaya məxsus xüsusi avadanlıq və əsgərlər cəmlənib

AzadlıqRadiosu-nun üç müxbiri Moskvada saxlananlar arasındadır. Jurnalistlər Rusiyanın Ukraynaya hücumuna qarşı yürüşü işıqlandırarkən həbs ediliblər.

Jurnalistlərdən biri polisə mətbuat nümayəndəsi olduğunu dəfələrlə deməyinə baxmayaraq saxlanıb. Jurnalistlərdən birinin saxlanma anının videosu yayılıb, o, polisdən fiziki gücdən istifadəni dayandırmasını istəyir.

İnformasiyaya çıxışı bloklamaq

İki dəqiqəyə yaxın videoda jurnalistin qaranlıq Puşkinskaya Meydanında saxlandığı, 20-dən çox adamın olduğu polis avtobusuna mindirildiyi görünür.

Müxbirlər Kuntsevo polis məntəqəsinə aparıldıqlarını deyiblər.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay deyib ki, Ukraynaya təhriksiz hücum başladan Rusiya “indi də vətəndaşların, bu işğalın əsaslandırılması üçün istifadə olunan yalanları ifşa edəcək istənilən informasiyaya çıxışını bloklamaq istəyir”.

Flay radio müxbirlərinin Moskvada müharibəyə qarşı yürüşü işıqlandırarkən həbs olunduğunu bildirib, bunu “Kremlin versiyasına narahatlıq yaradan edən çağırış” adlandırıb.

Flay jurnalistlərin saxlanmasını kəskin şəkildə pisləyərək onları dərhal azad etməyə çağırıb.

“Müharibəyə yox!”

Digər media orqanları əməkdaşlarının saxlanması barədə də məlumatlar var. Moskvanın mərkəzinə Milli Qvardiyaya məxsus xüsusi avadanlıq və əsgərlər cəmlənib.

Puşkinin heykəli yaxınlığına 300-700 nəfər yığışaraq “Müharibəyə yox!” qışqırıblar.

Ölkə boyunca polisin apardığı həbsləri izləyən OVD-Info Rusiyanın 53 şəhərində 1700-dən çox etirazçının saxlandığını bildirir. Qurum Moskvada 900-dən, Sankt Peterburqda 400-dən çox saxlananın olduğunu qeyd edir.

Baza Telegram kanalının məlumatına görə, Moskva polisinə provokasiya hesab ediləcək hər şeyin qarşısını almaq əmri verilib. Buraya Ukraynanın bayraqlarını, qızışdırıcı bəyanatlar olan posterlərin qaldırılması da daxildir.

XS
SM
MD
LG