Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:25
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Ukrayna və Rusiyanın açıqladığı məlumatlar

Kiyev, 1mart 2022
Kiyev, 1mart 2022

Ukrayna Baş Qərargahı: Rusiya bölmələri ruhdan düşüb, əsgərlər təslim olmağa davam edir, Rusiya ordusu dinc əhaliyə atəş açmağa davam edir, Ukrayna qoşunları bütün istiqamətlərdə mövqe tutur, bəzi istiqamətlərdə əks-hücum başlayır.

Rusiya Müdafiə Nazirliyi: DXR qüvvələri 27 kilometr irəliləyib, Mariupol ətrafındakı halqa daralır, Rusiya hərbçiləri bir gündə 10 yaşayış məntəqəsini nəzarətə götürüb və Jitomirdə “Javelin” tank əleyhinə raket komplekslərinin saxlandığı sursat anbarını məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Vladimir Zelenskinin təltif etdiyi hərbi qulluqçuların siyahısını dərc edib. Siyahıda 76 ad var və onlardan 36-nın qarşısında “ölümündən sonra” qeydi var. Ukrayna indiyə qədər döyüş itkisi barədə məlumat verməyib.

CNN telekanalı da Rusiyada fəaliyyətini dayandırır

Bu qərar Rusiya prezidenti Vladimir Putinin Ukraynada Rusiya hərbçilərinin əməlləri ilə bağlı qondarma saxtakarlığa görə cinayət məsuliyyəti haqqında qanunu imzalamasından sonra qəbul edilib.

Bloomberg-in baş redaktoru John Micklethvaite deyib: "Hər hansı müstəqil müxbiri cinayətkarla eyniləşdirmək üçün nəzərdə tutulmuş kimi görünən Cinayət Məcəlləsinə dəyişiklik normal jurnalistikanın hər hansı bir görünüşünün ölkə daxilində qalmasını qeyri-mümkün edir".

Bu qanunun qəbulu ilə əlaqədar “Novaya qazeta” və “Snob” nəşri Ukraynadakı müharibə ilə bağlı bütün materialları saytdan və sosial şəbəkələrdən silmək qərarına gəlib.

"Bell" nəşri isə Rusiya qoşunlarının Ukraynadakı qondarma “xüsusi hərbi əməliyyatını” işıqlandırmaqdan imtina edib. Hökumət mediadan döyüşləri yalnız rəsmi mənbələrdən işıqlandırmağı tələb edir.

Məsələn, Roskomnadzordan “Azadlıq” radiosunun redaktorlarına göndərilən bildirişlərdə deyilir ki, Ukraynadakı müharibəni müharibə adlandırmaq olmaz, çünki Müdafiə Nazirliyi Rusiyanın heç kimlə müharibə etdiyini təsdiqləmir. Bu qaydalara görə Rusiyada “Azadlıq” radiosu və radiostansiyanın regional layihələri, “Nastoyashcheye Vremya” kanalı, “Amerikanın səsi”, “Dojd” telekanalı, “Exo Moskvı” radiostansiyası, Znak.com, The Village, TV 2, Meduza nəşrləri bloklanıb. New Times, "Taiga.info", DW, Sverdlovsk vilayətində "Veçerniy Krasnoturinsk", "Qlobus", "Veçerniy Karpinsk", "ProSeverouralsk.RU" və "New Kachkanar" və bir sıra qəzetlərin nüsxələri müsadirə olunub. Ukrayna ilə bağlı nəşrlər və daha müxtəlif KİV-lər fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

Putin dəlidir?

Putin
Putin

Putin dəlidir? Bu sualı “Foreign Policy” jurnalı verir. Məqalə müəllifləri onun üçün bir növ vəsvəsəyə çevrilmiş ölkə ilə müharibəyə başlayan Rusiya prezidentinin davranışında getdikcə nəzərə çarpan qeyri-adekvatlıq əlamətlərini sadalayır.

Qeyd olunur ki, koronavirus epidemiyası zamanı Putin vaxtaşırı ictimai məkandan yoxa çıxırdı və Kremldə aparılan sanitar tədbirlərə əsasən, onun yoluxma qorxusu paranoid forma alıb. Jurnal qeyd edir ki, nüvə dövlətinin rəhbərinin psixi sağlamlığı məsələsi Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi analitik mərkəzində öyrənilir.

Zelenskinin müraciəti: Hamı getsə, bu şəhər kimin şəhəri olacaq?

Ukrayna prezidenti V. Zelensky, Kiyev, 3 mart 2022
Ukrayna prezidenti V. Zelensky, Kiyev, 3 mart 2022

O, Mariupol, Volnovaxa və digər şəhərlərdə qala bilən bütün ukraynalıları ərazilərini müdafiə etməyə çağırıb.

"Mariupol və Volnovaxada insanları- qadınları, qocaları, uşaqları xilas etmək üçün, qalanlara yemək və dərman çatdırmaq üçün bu gün humanitar dəhlizlər işləməlidir. Yardıma ehtiyacı olan hər kəsə getmək imkanı verilməlidir. Şəhərini müdafiə edə bilən hər kəs mübarizəni davam etdirməlidir. Hamı getsə, bu şəhər kimin şəhəri olacaq?

Davamı

XS
SM
MD
LG