Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:39

Altıncı sinif şagirdi Ukrayna müharibəsinə görə polisə çağrıldı


Kiyev yaxınlığında məktəbdə sığınacaq
Kiyev yaxınlığında məktəbdə sığınacaq

Fevralın sonunda Rusiyada məktəblərə Ukrayna müharibəsi haqda dərslər keçmək tövsiyə olunub

Moskvada 6-cı sinif şagirdi tarix dərsində Ukrayna müharibəsi haqda fikrini bildirəndən sonra polisə çağırılıb. Bu haqda “Novaya qazeta” yazır.

12 yaşlı Kirilin anası Nataliya oğlunun Ukrayna kökənli olduğunu deyir. Kiril Ukrayna mədəniyyət mərkəzinə gedir. Martın 4-də o, tarix dərsində müəlliməyə müharibəylə bağlı suallar verib, öz fikrini bildirib.

"Saxta" məlumatlar...

Müəllimə isə deyib ki, Ukrayna qüvvələrinin hərbi müdaxiləsi, müharibə əleyhdarlarının mitinqlərdə döyülməsi haqda məlumatlar “saxta”dır. Ukrayna və ABŞ “mütəxəssisləri” tərəfindən uydurulub. Müəllimə ukraynalıları “nasistlər” adlandırıb. Şagird isə müəlliməylə razılaşmayıb, dərsdən sonra “Slava Ukraine!” şüarını səsləndirib.

Ertəsi gün anaya polisdən zəng olunub, amma o getməyib, çağırış vərəqəsi göndərilməsini istəyib. Bir gün keçəndən sonra oğlunun sinif rəhbəri anaya zəng edərək deyib ki, azyaşlılarla iş üzrə müfəttişliyin əməkdaşları onunla və oğluyla danışmaq istəyirlər.

Nataliya məktəbə gedərək ərizə yazaraq siyasi baxışlarına görə “uşağa təzyiq göstərdikləri və təhsil almaq üçün dözülməz şərtlərə görə” oğlunu məktəbdən çıxardığını bildirib. O, övladını özüylə işə aparıb.

Ukraynada müharibə Orta Asiya ölkələrinə ciddi ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Məcburi gətirilmə təhdidi

Bazar günü Nataliya işə gedib, Kiril evdə tək olub. Evə iki polis əməkdaşı gəlib, amma məktəbli qapını açmayıb. Onlar yarım saatdan sonra gediblər, getməmişdən elektriki keçiriblər. Onlar qapının önünə “dindirməyə çağırış” vərəqəsi qoyublar, gəlməyəcəkləri halda məcburi gətirilmə ilə hədələyiblər.

Fevralın sonunda Rusiyada məktəblərə Ukrayna müharibəsi haqda dərslər keçmək tövsiyə olunub. “Meduza” yazır ki, materiallar ümumilikdə Prezident Vladimir Putinin hücumu əsaslandıran arqumentlərini təkrarlayır. Məsələn, “Ukraynaya qarşı müharibə aparılır?” sualına müəllimlər belə cavab verməlidirlər: “Ukrayna ilə müharibə getmir, xüsusi sülhməramlı əməliyyat aparılır, məqsəd rusdilli əhalini sıxışdıran millətçiləri dayandırmaqdır”.

Putin fevralın 22-də Ukraynanın şərqindəki “DXR” və “LXR” separatçı qurumlarını tanıyıb, iki gün sonra isə Ukraynaya qarşı tammiqyaslı hücuma keçib.

Qərb Rusiyaya bir sıra sanksiyalar açıqlayıb.

XS
SM
MD
LG