Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

Erdoğan Putinə Zelenski ilə birbaşa danışıqlar təklif edib


Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin
Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin

Rəsmi məlumatda deyilidiyinə görə Erdoğan Putinıə deyib ki, müəyyən məsələlər iki prezidentin üzbəüz görüşünü tələb edir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 17-də Rusiya prezidenti Vladimir Putinə zəng edərək ona, Ukrayna prezidenti Volodimir Zelenski ilə mümkün danışıqlarına ev sahibliyi edə biləcəyini deyib.

Reuters agentliyi bildirir ki, bu barədə məlumatı Erdoğanın administrasiyası açıqlayıb.

Məlumatda deyilidiyinə görə Erdoğan Putinıə deyib ki, müəyyən məsələlər iki prezidentin üzbəüz görüşünü tələb edir.

Erdoğan habelə bildirib ki, davamlı atəşkəs məsələnin uzunmüddətli həllinə imkan yarada bilər.

Çavuşoğlu Lvovdadır

Bu arada Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Lvovda Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdüyünü bildirib.

O bu barədə Twitter-də yazıb:

“Türkiyənin həmrəyliyi dəyişməzdir. Rusiyanın Ukraynaya qarşı dağıdıcı müharibəsinə son qoyulması üçün davam edən diplomatik səylərinə, habelə Ukraynaya siyasi və humanitar dəstəyinə görə Türkiyəyə minnətdarlığımı bildirirəm”.

Kuleba habelə deyib ki, Ukrayna ona istənilən razılaşma ilə təhlükəsizlik qarantiyası verəcək ölkələrin sırasında Türkiyənin olmasını istəyir.

Lvov şəhərində Çavuşoğlu ilə danışqılardan sonra keçirilən mətbuat konfransınada Kuleba bildirib ki, Ankara Moskva ilə Kyev arasında birbaşa danışıqların təşkili üçün səylər göstərir.

XS
SM
MD
LG