Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:04

Bayden Putinin mühakiməsinə çağırır (Video)


Rusiyaya qarşı daha sərt sanksiyalar gəlir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Rusiyaya qarşı daha sərt sanksiyalar gəlir

ABŞ prezidenti Co Bayden aprelin 4-də Rusiya ordusunun Ukraynada törətdiyi iddia olunan müharibə cinayətlərinə Rusiya prezidenti Vladimir Putinə qarşı məhkəmə təhqiqatına başlanmasına çağırıb.

Bayden habelə deyib ki, o Moskvaya qarşı yeni sanksiyaların irəli sürülməsinə nail olacaq:

"Buçada baş verənlər hiddət doğurur və bunu hamı görür” deyən ABŞ prezidenti Putini yenidən “hərbi cani” adlandırıb.

ABŞ prezidentinin bu bəyanatından əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrindən geri alınmış Buça şəhərində olub.

Burada çox sayda dinc sakinin meyitləri aşkar edilmişdi.

Lakin Bayden Zelenskidən fərqli olaraq Buçadakı qətliamı “soyqırım” adlandırmayıb.

Avropa Komissiuasının prezindeti Ursula von der Layen aprelin 4-də deyib ki, Avropa İttifaqı Ukraynaya öz müstəntiqlərini göndərəcək.

Onlar “hərbi cinayətlərin protokollaşdırılmasında” Ukraynanın baş prokuroruna kömək etməlidirlər.

Hazırda 40-da çox ölkə müstəqil olaraq Rusiyanın Ukraynada törədtdiyi iddia olunan insanlığa qarşı cinayətlərini araşdırır.

Aİ yeni sanksiyaların müzakirəsinə başlayıb

BMT-nin İnsan haqları üzrə Ali Komissarı Mişel Baçele deyib ki, Buça və digər yerlərdən fotolar “mümkün hərbi cinayətlər, beynəlxalq humanitar hüququn ağır pozuntuları, beynəlxalq insan haqları qanununun ciddi pozuntuları ilə bağlı ciddi və narahatedici suallar yaradır”.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Baş Assambleyanı Rusiyanı BMT-nin İnsan Haqları Şurasından “çıxarmağa” çağırıb, Rusiyanın şuraya üzvlüyünü “məzhəkə” adlandırıb.

Buça sakinləri Rusiya əsgərlərinin “sistematik” qətllər törətdiklərini deyirlər

Buça sakinləri AzadlıqRadiosu-na Rusiya əsgərlərinin şəhərdə törətdiyi “sistematik” qətllərdən necə sağ çıxdığını danışıblar.


Bir neçə yerli sakin radioya danışıb ki, Ukrayna qüvvələri şəhəri yenidən ələ keçirən kimi evlərindən çıxıblar və “dəhşət”lə üzləşiblər, küçələrdə güllələnən onlarla dinc sakinin meyitini görüblər.

Bir kişinin sözlərinə görə, bir rusiyalı snayper onun qohumu daxil olmaqla bir neçə nəfəri qəsdən öldürüb. Digər sakin Rusiya əsgərlərinin heç bir səbəb olmadan üç dinc sakinə atəş açdığını söyləyib.

Buça meri Anatoli Fedoruk aprelin 2-də bildirib ki, Rusiyanın işğalı zamanı 300 yerli sakin öldürülüb, onlardan 280-nin meyiti kütləvi məzarlıqda aşkarlanıb.

***

Avropa İttifaqı Ukraynadan gələn xəbərlər fonunda Rusiyaya yeni sanksiyaların müzakirəsinə başlayıb. Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel aprelin 4-də deyib.

“Biz bütün dünya üçün bu kədərli saatlarda Ukrayna və Ukrayna xalqı ilə tam həmrəyik”, – deyən Borrel yeni sanksiyaların hazırlanmasını “təcili məsələ” adlandırıb.

Almaniyanın Müdafiə naziri Kristin Lambrext ölkəsinin ARD ictimai televiziyasına deyib ki, Avropa rəsmiləri “Rusiyadan qaz təchizatının kəsilməsini müzakirə etməli olacaqlar”. Almaniya kansleri Olaf Şolts isə daha öncə Rusiyanın enerji ixracına sanksiyalara müqavimət göstərib.

***

İspaniyanın Baş naziri Pedro Sançez deyib ki, Rusiya qüvvələri Buçada “soyqırım” törədə bilərdilər.

“Bu hərbi cinayətləri törədənlərin cəzasız qalmaması üçün hər şeyi etməliyik”, – Sançez Madriddə söyləyib.

Rusiyanın İstintaq Komitəsinin aprelin 4-də yaydığı bəyanatda deyilir ki, Rusiya qüvvələrinin Buçada hərəkətləri barədə Ukraynanın “bilərəkdən saxta informasiya” yayması ittihamları “araşdırılır”.

Kremlin sözçüsü Dmitri Peskov aprelin 4-də iddiaları “qətiyyətlə rədd etdiklərini” söyləyib.

“Vəziyyət həqiqətən ciddidir Biz bir çox beynəlxalq liderləri tələsik bəyanatlar verməməyə, əsassız ittihamlar səsləndirməməyə, əvəzində müxtəlif mənbələrdən informasiya istəməyə, azından bizim arqumentlərimizə qulaq asmağa çağırırıq”, – Peskov deyib.

O, “Ukraynanın provokasiyaları”nı müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasından iclas keçirməyi xahiş etdiklərini söyləyib. Hazırda şuranın prezidenti rolunda olan Britaniya qurumun aprelin 5-nə planlaşdırılan iclasında Ukraynanı müzakirə edəcəklərini bildirib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da Buçadan gələn dəlilləri “səhnələşdirilmiş” hesab edir.

***

Yaponiya və Yeni Zelandiyanın baş nazirləri də beynəlxalq ictimaiyyətə qoşularaq Ukraynada Rusiya qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi bildirilən vəhşilikləri pisləyir.

“Rusiyalı əsgərlərin Ukraynada dinc sakinləri öldürməsi, zorlaması, ağır yaralaması haqda məlumatlar təkcə qınanmamalıdır. Rusiya elədiklərinə görə dünyaya cavab verməlidir”, – Yeni Zelandiyanın Baş naziri Casinda Ardern aprelin 4-də jurnalistlərə deyib.

“Beynəlxalq hüququn pozulması”

O, hökumətinin Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya əlavə dəstək addımlarını müzakirə edəcəyini söyləyib.

Yaponiyanın Baş naziri Fumio Kişida baş verənləri “beynəlxalq hüququn pozulması” adlandırıb.

Rusiya qüvvələri Kiyevin ətrafındakı Buça qəsəbəsindən çəkiləndən sonra güllələnən, kütləvi məzarlıqlarda basdırılan, küçələrə səpələnmiş dinc sakin meyitləri haqda məlumatlar yayılıb.

Əlləri bağlı şəkildə edam olunmuş meyit fotoları çoxlarını sarsıdıb, Rusiyaya qarşı sanksiyaları gücləndirmək, cinayətkarları mühakimə etmək çağırışları səslənib.

Fransa Prezidenti Emmanuel Makron aprelin 4-də radio müsahibəsində deyib ki, Rusiya qüvvələrinin Buçada “hərbi cinayətlər” törətməsinin əlamətləri var.

“Buçada baş verənlər sanksiyaların yeni raundunu və çox aydın tədbirlər tələb edir”, – deyən Makron əlavə sanksiyaların Rusiyadan kömür və neft ixracını hədəfə almalı olduğunu bildirib.

Ukrayna rəsmisi: Rusiya ordusu Kiyev ətrafında sıxışdırılır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Rusiyanın reaksiyası

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə aprelin 3-də dövlət televiziyasına müsahibəsində iddiaları “provokasiya” adlandırıb. O, dəlil gətirmədən deyib ki, ABŞ və NATO Rusiyanı gözdən salmaq üçün fotoları “sifariş ediblər”.

Rusiyanın Müdafiə Nazirliyi isə daha öncə iddia edirdi ki, Buçadan fotolar “Kiyev rejiminin daha bir səhnələşdirilmiş perfomansı”dır.

Moskva BMT-nin Təhlükəsizlik Şurasından aprelin 4-də yığışaraq Buçada “ukraynalı radikalların provokasiyası”nı müzakirə etməyə çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə aprelin 3-də Rusiya qüvvələrini şəhərdə “soyqırım” törətməkdə ittiham edib, Kremlin liderlərini Buçaya gedərək ordunun törətdiklərini görməli olduğunu deyib.

“Rusiya Federasiyası liderlərinin əmrlərinin necə icra olunduğunu görməsini istəyirəm”, – deyən Zelenski vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Rusiya ordusu əsgərlərin Ukraynadakı hərəkətləri üçün məsuliyyətə cəlb edilməlidirlər.

Azı 410 meyit

AzadlıqRadiosu-nun Ukrayna xidmətinin müxbiri aprelin 2-də Buça küçələrində dinc sakinlərə aid olduğu görünən meyitlər görüb. Bir yerdə isə müxbir küçədə 10-dək meyit olduğunu deyir.

“AP” jurnalistləri Buça ətrafında azı 21 meyit görüblər. Mülki geyimdə olan 9 nəfərin meyitləri Rusiya əsgərlərinin baza kimi istifadə etdiyi yer yaxınlığında aşkarlanıb. Onlar yaxın məsafədən vurulublar.

Ukrayna hakimiyyəti ötən həftəyədək Rusiya qüvvələrinin nəzarətində olan Kiyev ətrafından azı 410 dinc sakinin meyitlərinin tapıldığını bildirir.

XS
SM
MD
LG